Mərkəzi Bankın sədri: Nağdsız əməliyyatların həcmi 11,7 faiz artıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Sentyabr ayının nəticələrinə görə, milli ödəniş sistemi üzrə dövriyyə 862 milyard manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, kart vasitəsilə ölkədaxili əməliyyatların həcmi ötən ilin 9 ayı ilə müqayisədə 8 faiz artaraq 64,6 milyard manat olub: “Ölkədaxili nağdsız əməliyyatların həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 80 milyard manata çatıb”.
Foto - Xanlar Əlizadə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [13:29]
İlin əvvəlindən qatarlarda 800-dən çox əşya unudulub
- 29.10.2026 [13:27]
Mərkəzi Bank: Gündəlik kreditlərlə bağlı sərtləşdirmə davam etdiriləcək
- 29.10.2026 [12:58]
“AzərEnerji”nin ixrac gəlirləri 53 faizdən çox artıb
- 29.10.2026 [12:53]