Startaplar və texnopark rezidentləri gələn ildən bir sıra vergi güzəştlərindən yararlanacaqlar
Bakı, 29 oktyabr, AZƏRTAC
2027-ci il yanvarın 1-dən rəqəmsal texnologiyalar, süni intellekt və innovasiya sahələrində fəaliyyət göstərən startaplar və texnopark rezidentləri 10 il müddətinə gəlir, mənfəət, əmlak və torpaq vergilərindən azad ediləcəklər.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Texnologiya və innovasiya sahəsində yeni qanunvericilik dəyişikliklərinə həsr olunmuş brifinqdə deyib.
Fərid Osmanov bildirib ki, yeni qanunvericilik dəyişikliklərinə əsasən, tədqiqat və təcrübə-konstruktor işlərinə çəkilən xərclər gəlirdən 2,5 əmsalı ilə çıxılacaq, dövlət satınalmalarında isə startaplara və texnopark rezidentlərinə 20 faizlik qiymət güzəşti tətbiq olunacaq: “Bundan başqa, xarici mütəxəssislərin əməkhaqlarına, xaricdən alınan bulud və proqram təminatı xidmətlərinə, eləcə də rəqəmsal köçəri statusu alan şəxslərin gəlirlərinə dair vergi güzəştləri nəzərdə tutulur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [12:58]
“AzərEnerji”nin ixrac gəlirləri 53 faizdən çox artıb
- 29.10.2026 [12:53]
“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri açıqlanıb
- 29.10.2026 [12:51]
SOCAR-ın idarəsi 251 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib
- 29.10.2026 [12:51]