Çoxfunksiyalı reagentlərə həsr olunmuş yeni monoqrafiya çapdan çıxıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun 6 cildlik “Seçilmiş əsərləri”nin üçüncü cildi - “Çoxfunksiyalı reagentlər. Korroziya, duzçökmə, parafinçökmə inhibitorları, bakterisidlər, deemulqatorlar, konservasiya mayeləri və sürtküləri” adlı kitabı çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a Neft-Kimya Prosesləri İnstitutundan məlumat verilib. Bu monoqrafiyaya müəllifin Azərbaycan, rus və ingilis dillərində 1991-2014-cü illərdə “Çoxfunksiyalı reagentlər. Korroziya, duzçökmə, parafinçökmə inhibitorları, bakterisidlər, deemulqatorlar, konservasiya mayeləri və sürtküləri” mövzusunda açıq mətbuatda çap olunmuş məqalələri daxil edilib.
Monoqrafiya neft kimyası və neft emalı sahəsində çalışan elmi işçilər və mütəxəssislər, doktorantlar, magistrlər, kimya və kimya-texnologiya profilli ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [13:09]
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
- 29.10.2026 [13:07]
Folklor İnstitutunda elmi seminar: Güney Azərbaycanda Aşura mərasimləri
- 28.10.2026 [18:43]