Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bakı, 28 oktyabr, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə UNESCO arasında mövcud əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı mədəni irsin qorunması, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb, bu istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [19:51]
Gənc rəssamların “Yay arzuları” Xətai Sənət Mərkəzində sərgilənib
- 28.10.2026 [19:17]
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Amsterdamdan Bakıya baxış…
- [16:35]
Ruandalı nazir "ASAN xidmət"də
- [15:50]