"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır
Bakı, 28 oktyabr, AZƏRTAC
Almaniyanın “Bavariya” komandasının baş məşqçisi Vensan Kompaninin səhhətindəki problemin səbəbi hələ də tapılmayıb.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, belçikalı mütəxəssis oktyabrın 23-də komandanın Münxendəki bazasında məşq zamanı huşunu itirib və nəticədə çiyni çıxıb. Hadisədən əvvəl gün ərzində şiddətli baş ağrılarından əziyyət çəkən 40 yaşlı məşqçi son günlər ərzində hərtərəfli nevroloji müayinədən keçib. Buna baxmayaraq, oktyabrın 26-na olan məlumata görə, həkimlər hələ də dəqiq diaqnoz qoya bilməyiblər.
Vensan Kompani Bundesliqanın VII turunda “Frayburq”la keçirilən və “Bavariya”nın 3:1 hesablı qələbəsi ilə başa çatan matçı buraxıb.
Qeyd edək ki, Münxen təmsilçisi 7 turdan sonra 17 xalla turnir cədvəlinə başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [19:23]
Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb
- 28.10.2026 [17:56]
Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub
- 28.10.2026 [17:23]
UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzub
- 28.10.2026 [16:50]
İspaniya Kubokunun 24 oyunu qatar qəzasına görə təxirə salınıb
- 28.10.2026 [16:43]