Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dieqo Qodoy: Azərbaycanda səhnələşdirilən “Turandot” tamaşaçıların gözləntilərinə tam cavab verir - MÜSAHİBƏ

Dieqo Qodoy: Azərbaycanda səhnələşdirilən “Turandot” tamaşaçıların gözləntilərinə tam cavab verir - MÜSAHİBƏ

Bakı, 28 oktyabr, AZƏRTAC

Möhtəşəm “Turandot” tamaşasının Heydər Əliyev Sarayının səhnəsində premyerası böyük uğurla keçirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Cakomo Puççininin məşhur operasının yeni səhnə quruluşunu təqdim edib. Opera Azərbaycanda 98 ildən sonra ilk dəfə səsləndirilib.

AZƏRTAC-ın müxbiri ilə söhbətində çilidən dəvət olunmuş tenor Dieqo Qodoy Azərbaycan səhnəsindəki tamaşada iştirakından aldığı təəssüratları və yaşadığı duyğuları bölüşüb. Sənətçi premyeranın ikinci və üçüncü günlərində məşhur Kalaf partiyasını ifa edib.

– Dieqo, Azərbaycana ilk dəfə gəlirsiniz. Təəssüratlarınız necədir? Şəhərimizi bəyəndinizmi?

– Təəssüratlarım möhtəşəmdir. Bakı məni çox təəccübləndirdi, çünki inanılmaz dərəcədə gözəl şəhərdir. Burada müasirliklə ənənələrin vəhdəti valehedicidir və insana böyük ilham verir. Mən sənət adamıyam, ona görə də gözəlliyə xüsusi dəyər verirəm.

Ölkənizdə insanların nə qədər qonaqpərvər olması da məni çox sevindirir. Hava limanında məni opera teatrının kollektivi qarşıladı. Günün istənilən vaxtı kömək etməyə hazırdırlar.

Uzun yol gəlməyimə baxmayaraq, onların mehribanlığı sayəsində yeni mühitə uyğunlaşmaq mənim üçün xeyli asanlaşır. Məni, həqiqətən də, çox səmimi qarşıladınız.

– Azərbaycanlı həmkarlarınızla işbirliyiniz necə gedir?

– Ötən il Moldovada maestro Əyyub Quliyevlə tanış olduğumu qeyd etmək istəyirəm. Bir dəfə Yusif Eyvazovla da görüşmüşəm. Fransanın Oranj şəhərində keçirilən məşqlərin birində onu əvəz etmişdim. Beləliklə, tanış olduq və birlikdə vaxt keçirdik. Bu, mənim üçün çox xoş təcrübə idi.

Əyyub Quliyevlə birlikdə Moldovanın Kişineu şəhərində Kalaf partiyasını ilk dəfə ifa etdim. Bakıdakı “Turandot” tamaşasında iştirak etmək üçün məni teatra məhz o tövsiyə etdi. Həmin debüt mənim üçün çox böyük əhəmiyyət daşıyırdı. Çünki bundan sonra bu partiyanı başqa opera səhnələrində də ifa etmək imkanım yarandı. Məsələn, hazırda dünyanın ən nüfuzlu opera teatrlarından birinin yerləşdiyi Ştutqartda.

Maestro Quliyevlə işləmək mənə çox xoş oldu. Buradakı musiqiçilərin hazırlıq səviyyəsi yüksəkdir. Məncə, ən vacib məqam isə maestronun bütün fikirlərini və niyyətini çox aydın şəkildə çatdırmasıdır.

Azərbaycanlı ifaçılarla ilk məşqim zamanı onların yüksək hazırlıq səviyyəsi məni təəccübləndirmədi. Çünki Azərbaycanda musiqi təhsilinin nə qədər ciddi olduğunu artıq bilirdim. Belə gözəl həmkarlarla işləmək imkanım olduğuna görə çox şadam.

– Azərbaycanın “Turandot” tamaşası haqqında nə deyə bilərsiniz?

– Ümumiyyətlə, ənənəvi səhnə quruluşlarını sevirəm. Müasir səhnə həllərinə də açığam, bir şərtlə ki, onlar həqiqətən uğurlu olsun. Bununla belə, orijinala sadiq qalan quruluşlara üstünlük verirəm. Rejissor Mikayıl Mikayılovun quruluşu çox xoşuma gəlir. İnsanların “Turandot”dan gözlədiyi də məhz budur. Ənənəvi üslubda hazırlanmış bu quruluş çox gözəl detallarla zənginləşdirilib. Məsələn, şahzadə Turandotun sarayında xidmət edən üç imperiya naziri — Pin, Panq və Ponqun obrazlarında komik elementlərdən istifadə olunması xüsusilə diqqətəlayiqdir. Rejissor əslində bu obrazların hər birinə fərdi xarakter verib.

Bu, ifaçı kimi iştirak etdiyim üçüncü “Turandot” tamaşasıdır və indiyədək müxtəlif səhnə quruluşlarını görmüşəm. Deyə bilərəm ki, tamaşa ənənəvi üslubda olsa da, rejissorun fərdi yanaşması kiçik, lakin mühüm detallarda özünü göstərir. Bütün səhnələri bəyənirəm, amma xüsusilə öz obrazımın təqdimatını — Kalafın ariyalarının, əlbəttə ki, “Nessun dorma” ariyasının səhnələşdirilməsini vurğulamaq istərdim. Son duetin quruluşu da möhtəşəmdir. Mən duetləri çox sevirəm və Kalafla Turandotun duetləri xüsusilə xoşuma gəldi.

Müasir elementlərdən istifadə olunması da çox maraqlıdır. Məsələn, ekranda nümayiş etdirilən fon təsvirləri buna nümunədir. Möhtəşəm baleti də ayrıca qeyd etmək istəyirəm. Səhnə tərtibatı da çox gözəldir. O, məhz əsərin orijinal librettosunda təsvir olunanları əks etdirir. Başqa sözlə, Mikayıl Mikayılov Turandotun orijinal süjetinə hörmətlə yanaşıb. Özümüzü, həqiqətən də qədim Çində hiss edirik.

– Bəs geyim və dekorasiyalar haqqında nə deyə bilərsiniz?

– Bilirsiniz, belə geyimlər və dekorasiyalar insanın təxəyyülünü oyadır, onu xəyallara dalmağa sövq edir. Axı Turandot bir mif, nağıl qəhrəmanıdır. Bu dekorasiyaların arasında, mifoloji Şərq dünyasında özümü sanki həmin aləmdə oynayan bir uşaq kimi hiss edirəm.

Gəncliyimdə Şərq mifologiyasına və tarixinə çox böyük maraq göstərirdim. Buna görə də Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycanda olmaq mənim üçün xüsusi əhəmiyyət daşıyır. Müəyyən mənada “Turandot”un tarixi bu ölkənin formalaşmasına töhfə vermiş xalqların, o cümlədən köçəri xalqların tarixi ilə də bağlıdır.

Bu mövzunu çox araşdırmışam. Yeniyetməlik illərində bu, mənim üçün əsl həvəs və maraq mənbəyi idi. İndi isə ümid edirəm ki, Azərbaycanın tarixini daha yaxından öyrənmək üçün vaxtım olacaq.

– Kalaf obrazından danışarkən, onun haqqında nə düşünürsünüz? Kalaf olmaq, bu obrazı canlandırmaq və onun partiyasını ifa etmək sizin üçün nə deməkdir?

– Kalaf bir rəmzdir. Qəhrəmanlıq rəmzi. Mən deyərdim ki, o, qəhrəman arxetipidir.

Bu gün biz bunu bir qədər unuduruq, çünki kinonun və onunla bağlı hər şeyin təsiri altındayıq. Halbuki qəhrəmanlıq bizim öyrəşdiyimiz superqəhrəman obrazlarından daha geniş məna daşıyır. Kalaf superqəhrəman deyil, amma o da bir rəmzdir.

Düşünürəm ki, Puççini gecə ilə gündüz arasında özünəməxsus mübarizəni göstərmək istəyib. Kalaf günəşi, Turandot isə ayı təcəssüm etdirir.

Tenor üçün Kalaf partiyası opera sənətinin əfsanəvi partiyalarından biridir. Opera tarixinin ən məşhur ariyalarından olan “Nessun dorma”nı ifa etmək böyük məsuliyyətdir.

Amma Puççini, əlbəttə ki, bütöv bir partiya yazıb və Kalaf obrazı təkcə “Nessun dorma” ariyasından ibarət deyil. Bu rolda həm vokal, həm də aktyorluq baxımından son dərəcə mürəkkəb çoxsaylı məqamlar var. Bu, opera sənətində xüsusi yer tutan partiyadır və onu ifa etmək böyük məsuliyyət tələb edir. Tenor üçün isə əsl sınaqdır.

Lakin Moldovada debüt etdikdən sonra bu rolda özümü getdikcə daha inamlı hiss edirəm. Hər yeni ifa zamanı obraza daha yaxşı yiyələnir və bu partiyanı oxumaqdan daha çox zövq alıram.

– Teatrların xarici ölkələrdən sənətçilər dəvət etməsi nə dərəcədə vacibdir? Məsələn, bizim teatr sizi dəvət edib. Belə əməkdaşlığın bu gün teatr və mədəniyyət üçün əhəmiyyəti nədədir?

– Bu, çox vacib məsələdir, çünki opera universal sənət növüdür və bütün dünyanın mədəni sərvətidir.

Opera yalnız İtaliyaya məxsus deyil, baxmayaraq ki, məhz orada yaranıb. Sonralar fransızlar fransız operasını, almanlar alman operasını, ruslar rus operasını və sairəni yaradıblar. Lakin bu gün opera bütün bəşəriyyətin ortaq mədəni irsidir.

Ölkələr arasında əlaqələr qurmaq və vahid dil vasitəsilə körpülər yaratmaq imkanımızın olması çox gözəldir. Axı opera da bir növ dildir — universal ünsiyyət dilidir.

Burada müxtəlif insanlarla qarşılaşıram: bəziləri rusca, digərləri azərbaycanca danışır, kimlərsə ingiliscə və ya italyanca ünsiyyət qurur. Lakin opera dili sayəsində hamımız bir-birimizi başa düşürük. Bu dil musiqini, teatrı və dramatik sənəti birləşdirir. Məncə, bu irsi qoruyub saxlamaq çox vacibdir.

Qeyd edək ki, oktyabrın 25-də Dieqo Qodoy Azərbaycan Respublikasının Əməkdar artisti, Turandot rolunu ifa edən Fəridə Məmmədova ilə eyni səhnəni bölüşüb. Dirijor pultu arxasında Azərbaycanın Əməkdar artisti maestro Əyyub Quliyev olub. Oktyabrın 27-də isə çilili tenorla duetdə Turandot partiyasını Azərbaycanın Əməkdar artisti İlahə Əfəndiyeva ifa edib. Həmin gün dirijor pultu arxasında maestro Mustafa Mehmandarov dayanıb.

Müəllif – Anara Axundova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb

Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub

Nepallı qonaq: Azərbaycan xalqının qonaqpərvərliyi və zəngin mədəniyyəti məndə dərin təəssürat yaratdı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 23 fevral tarixli 48 nömrəli və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Britaniyada yeni dövlət büdcəsi açıqlanıb: 20 milyon ailəyə 100 funt sterlinq yardım veriləcək

İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşulub VİDEO

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşulub VİDEO

Azərbaycan diri heyvan ixracını 34 dəfəyə yaxın artırıb – QRAFİK

Ədəbiyyat Muzeyində “Mədinə” nəşrlər evinin daimi ekspozisiyası açılıb

İsraildə parlament seçkiləri: Səslərin 85 faizi hesablanıb

Deputat: Azərbaycançılıq ideologiyası bizi Zəfərə aparan milli birliyin təməlidir

Bərdədə heyvan sağlamlığı ilə bağlı məsələlər müzakirə edilib

Süd vəzi xərçənginin erkən aşkarlanması sağlam gələcəyin təminatıdır

Noyabrın 2-dən növbəti epizootoloji monitorinqlərə başlanılır

UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzub

Naxçıvanda sahibkarlara 163 təsdiqedici sənəd verilib

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb – YENİLƏNİB

“Turan Tovuz” “Fənərbağça” ilə oyundan əldə olunan vəsaiti Qarabağ Dirçəliş Fonduna ianə edib

Fransa Senatı iğtişaşlarda iştirak edənlərin 10 min avro kompensasiya ödəməsi barədə qanun qəbul edib

“Neftçi” rəsmisi: U-15 dünya çempionatı Azərbaycan futbolu üçün böyük fürsətdir

Dieqo Qodoy: Azərbaycanda səhnələşdirilən “Turandot” tamaşaçıların gözləntilərinə tam cavab verir - MÜSAHİBƏ

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

İspaniya Kubokunun 24 oyunu qatar qəzasına görə təxirə salınıb

Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

İvitsa Boşnyak: Azərbaycan kimi tərəfdaş dövlətlərin təcrübəsi bizim üçün çox əhəmiyyətlidir VİDEO

İvitsa Boşnyak: Azərbaycan kimi tərəfdaş dövlətlərin təcrübəsi bizim üçün çox əhəmiyyətlidir VİDEO

AMEA və Buxarest İqtisadi Tədqiqatlar Universiteti arasında elmi tərəfdaşlıq genişlənir

Premyer Liqa klubları cərimələnib

Çexiya kronunun Konstitusiyada təsbit edilməsi avroya keçidi çətinləşdirə bilər

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb

Amsterdamdan Bakıya baxış…

® “Bir” ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Hesablama Palatası 4SİM ilə əməkdaşlıq haqqında protokol imzalayıb

Azərbaycanın ölkələrarası hesabatlılıq üzrə beynəlxalq standartlara tam uyğunluğu təsdiqlənib

Qətər vasitəçilik missiyası çərçivəsində İrana yeni razılaşma layihəsi təqdim edib

İran səfiri: İƏT çərçivəsində keçirilən görüş İslam ölkələrinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq etmək istəyini göstərir VİDEO

İran səfiri: İƏT çərçivəsində keçirilən görüş İslam ölkələrinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq etmək istəyini göstərir VİDEO

Hökməli-Qobu-Güzdək yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Siyasi şərhçi: Azərbaycançılıq ideologiyası milli birliyimizin və tarixi qələbəmizin əsasını təşkil edir

Azərbaycan IX Dünya İnvestisiya Forumunda təmsil olunub

Azərbaycan hotellərində 3,2 milyon gecələmə: Turizm gəlirləri nə qədər olub?

“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

Bolqarıstan sahilləri yaxınlığında ticarət gəmisinə dron hücumu olub

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Dialoqdan qlobal təsirə: Bakı beynəlxalq siyasi münasibətlərin yeni reallığında - ŞƏRH

Baş Prokurorluq və Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var

Dövlət Xidmətinin rəisi: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur

Burkina-Faso təmsilçisi: Forumda qazandığım sülh quruculuğu təcrübəsini öz ölkəmdə tətbiq edəcəyəm

Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarları müəyyənləşib

Macarıstanın “MOL” şirkəti “Saudi Aramco”nun Polşadakı aktivlərini almağa namizəddir

Sözün gücü, dövlətin iradəsi: Bakı Forumunun siyasi və mənəvi mesajı

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yerinin yaradılması nəzərdə tutulur

Buğdanın perspektivli seleksiya materiallarının yaradılması ilə bağlı tədqiqat aparılır

Ruandalı nazir "ASAN xidmət"də

Milli birlik və müstəqil siyasət Azərbaycanın beynəlxalq nüfuzunun əsasını təşkil edir - ŞƏRH

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir?

Səbinə Hacıyeva: Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır

“Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” – PANEL SESSİYA VİDEO

“Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” – PANEL SESSİYA VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Cəbrayılda bölgə vətəndaşlarının müraciətlərini dinləyib

Türkiyənin xarici ticarət həcmi artır

® Bakıda süd vəzi xərçəngi ilə mübarizəyə dəstək məqsədilə xeyriyyə tədbiri təşkil olunub VİDEO

® Bakıda süd vəzi xərçəngi ilə mübarizəyə dəstək məqsədilə xeyriyyə tədbiri təşkil olunub VİDEO

Debra Budro: Dinlərarası dialoq konkret fəaliyyət və humanitar təşəbbüslərlə müşayiət olunmalıdır

Həmrəylik Azərbaycanın uğurlu və sabit inkişafının əsas səbəblərindən biridiri - ŞƏRH

ABŞ-yə məxsus “Osprey” təyyarəsi Yaponiyada təcili eniş edib

Azərbaycanın beynəlxalq nüfuzu və yeni dünya düzənində artan rolu - ŞƏRH

Bakıda muzeylərin inklüzivlik və mədəniyyətlərarası dialoqda rolu müzakirə olunur VİDEO

Bakıda muzeylərin inklüzivlik və mədəniyyətlərarası dialoqda rolu müzakirə olunur VİDEO

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 172 layihə maliyyələşdirilib

Xüsusi nümayəndə: Media savadlılığı dini dözümsüzlüklə mübarizədə əsas amillərdəndir

Bakı məktəblisi beynəlxalq konfransda qeyri-səlis məntiqə həsr olunmuş tədqiqatını təqdim edib

COOMET-in iclasında fotometriya və radiometriya sahəsində aparılan beynəlxalq tutuşdurmaların nəticələri müzakirə edilib

İren Kitsou-Milonas: "Dini dözümsüzlük və nifrət insan hüquqları çərçivəsində həllini tapmalıdır

Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb

“The Lancet”: Səhiyyə sahəsində iqlim dəyişmələri ilə bağlı qlobal fövqəladə hal elan edilməlidir

İbrahim Nəcm: Sülh quruculuğu insanların düşüncələri və vicdanları uğrunda mübarizə məsələsidir

“Sumqayıt”ın prezidenti: Zaman keçdikcə daha güclü komanda görəcəyik

“Wonderful” şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır

Mormonlar kilsəsinin üzvü: Dialoq münaqişələrin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır

® Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

44 günün qəhrəmanları – BDU-da Zəfər tariximizə həsr olunmuş tədbir təşkil olunub

Türkiyə Aşkenaz yəhudilərinin Baş ravvini: Dialoq aparmalı olan dinlər deyil, dindar insanlardır

“Rosatom” “Paks II” layihəsi üzrə işləri davam etdirir

Azərbaycanlı boksçular Almaniya çempionatında uğurla çıxış ediblər

Türkiyənin Fırat Universitetinin professorları Kimya İnstitutu ilə tanış olublar

İsveçdə yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur

Azərbaycan nümayəndə heyəti Keniyada 7-ci İnnovasiya Həftəsində iştirak edib

Rumıniya mətbuatı: Azərbaycan beynəlxalq turizmin ən sürətlə inkişaf edəcəyi istiqamətlərdən biri ola bilər

Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Kristian Kamill: Müxtəlif dini inanclara malik insanların yaşadığı dünyəvi dövləti qorumaq üçün ortaq maraq mövcuddur

® “Coca-Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb

Qara dənizdə dron hücumuna məruz qalan gəmi Bolqarıstanın iqtisadi zonasına daxil olub

Yunanıstanda güclü yağışlarla əlaqədar bayram paradları ləğv edilib

Müzəffər Kamilov: Dinlərarası dialoq qarşılıqlı etimadı və həmrəyliyi möhkəmləndirmə vasitəsidir VİDEO

Müzəffər Kamilov: Dinlərarası dialoq qarşılıqlı etimadı və həmrəyliyi möhkəmləndirmə vasitəsidir VİDEO

Bərdədə terror qurbanlarının xatirəsi anılıb

Azərbaycanlı alimin Əlişir Nəvaiyə həsr olunan monoqrafiyası Özbəkistanda təqdim edilib

Özbəkistan Prezidentinin müşaviri: Dini tolerantlığın inkişafı ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir VİDEO

Özbəkistan Prezidentinin müşaviri: Dini tolerantlığın inkişafı ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir VİDEO