“Rosatom” “Paks II” layihəsi üzrə işləri davam etdirir
Budapeşt, 28 oktyabr, AZƏRTAC
Rusiyanın dövlətə məxsus “Rosatom” şirkəti Macarıstanda “Paks II” atom elektrik stansiyasının tikintisi üzrə işləri gecikmələrə baxmayaraq davam etdirəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, şirkətin baş direktoru Aleksey Lixaçov layihənin illik istehsal planına uyğun irəlilədiyini və görülmüş işlərin növbəti mərhələsinin noyabr ayında Macarıstana təhvil verilməsinin gözlənildiyini bildirib.
Bununla yanaşı, Macarıstan hökuməti investisiyanın gələcəyini yenidən qiymətləndirir və layihə ilə bağlı yekun qərar qəbul edilməyib.
İqtisadiyyat və energetika naziri İştvan Kapitani araşdırmanın 2026-cı ilin sonunadək və ya 2027-ci ilin əvvəlində başa çatmasının gözlənildiyini qeyd edib. Nazirin qiymətləndirməsinə görə, yeni reaktor bloklarının tikintisi ən tez 2034–2035-ci illərdə tamamlana bilər. Hökumət layihəni ölkənin ümumi enerji strategiyası çərçivəsində nəzərdən keçirir. Araşdırma mövcud “Paks” atom elektrik stansiyasının reaktorlarının istismar müddətinin uzadılması imkanlarını və elektrik təchizatının təhlükəsizliyini təmin edən alternativləri də əhatə edir. Beləliklə, layihənin gələcəyi Macarıstanın uzunmüddətli enerji ehtiyacları nəzərə alınmaqla müəyyənləşdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [15:30]
ABŞ-yə məxsus “Osprey” təyyarəsi Yaponiyada təcili eniş edib
- 28.10.2026 [15:16]
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
- 28.10.2026 [14:44]
Azərbaycanlı boksçular Almaniya çempionatında uğurla çıxış ediblər
- 28.10.2026 [14:31]
İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb
- 28.10.2026 [14:20]