Azərbaycan Dövlət İnformasiya Agentliyi

Proqnozlar Fransada siyasi və büdcə qeyri-müəyyənliyi fonunda iqtisadiyyatın yavaşlayacağını göstərir

Proqnozlar Fransada siyasi və büdcə qeyri-müəyyənliyi fonunda iqtisadiyyatın yavaşlayacağını göstərir

Bakı, 28 oktyabr, AZƏRTAC

Fransada iqtisadi artım siyasi və büdcə qeyri-müəyyənliyi fonunda yavaşlayır, istehlakçı fəallığı zəif olaraq qalır, müəssisələr və ev təsərrüfatları arasında pessimizm artır.

AZƏRTAC BFMTV-yə istinadla xəbər verir ki, Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) iyul-sentyabr ayları üçün ÜDM məlumatlarını cümə günü dərc edəcək. Bu rəqəmlərin Fransa iqtisadiyyatında davam edən zəifliyi təsdiqləyəcəyi gözlənilir.

İlin demək olar ki, birinci yarısında durğunluqdan sonra bərpa perspektivləri qeyri-müəyyən olaraq qalır. INSEE və Fransa Bankının məlumatına görə, birinci rübdə 0,2 faiz azalmadan və ikinci rübdəki durğunluqdan sonra iqtisadiyyat üçüncü rübdə cəmi 0,1 faiz artacaq.

INSEE sentyabr ayında “Risk altında artımın narıncı səviyyəsi” adlı rüblük iqtisadi icmalında qeyd edib: “Qonşu ölkələrin güclü göstəriciləri ilə müqayisədə Fransa iqtisadiyyatı geridə qalır”.

Ənənəvi olaraq, Fransa iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən biri olan istehlak xərcləri yay aylarında dəyişkən dinamika nümayiş etdirib. İyul ayında əsasən isti havalar səbəbindən enerji xərclərinin artması fonunda bu xərclər cəmi 0,4 faiz artıb, lakin avqust ayında 0,5 faiz azalıb.

ING iqtisadçısı Şarlotta de Monpelyeyə görə, iqtisadi göstəricilərin kombinasiyası üçüncü rübdə yenidən durğunluq riskini göstərir. Ən yaxşı ssenaridə Fransa iqtisadiyyatında illik artım 0,3 faiz ola bilər. Müqayisə üçün bildirilir ki, hökumət ÜDM-in 0,5 faizlik artımını proqnozlaşdırır, INSEE və “Banque de France” isə 0,4 faizlik artım gözləyir.

Zəif investisiya fəaliyyəti əlavə təzyiq faktoru olaraq qalır. “Rexecode” iqtisadçısı Entoni Morle-Lavidaliyə görə, korporativ investisiyalar yay aylarında daha yüksək faiz dərəcələrindən təsirlənib. Ev təsərrüfatlarının investisiyaları da aşağı səviyyədə qalır və bələdiyyə seçkilərindən əvvəl artan xərclərdən sonra yerli idarəetmə orqanları xərcləri azala bilər.

İqtisadçılar hesab edirlər ki, Fransada aerokosmik və məlumat mərkəzləri kimi müəyyən sektorlar istisna olmaqla, iqtisadiyyatda faktiki olaraq heç bir davamlı artım mənbəyi qalmayıb.

Yanacaq qiymətlərinin kəskin artması fonunda inflyasiyanın sürətlənməsi əlavə çətinliklər yaradır. Sentyabr ayında illik inflyasiya 3 faizə çatıb ki, bu da ev təsərrüfatlarının büdcələrinə təzyiqi artırıb və istehlakçı xərclərinin artması potensialını məhdudlaşdırıb.

Lakin Entoni Morle-Lavidaliyə görə, qiymət artımları pik nöqtəsinə yaxınlaşa bilər. İqtisadi fəaliyyətin yavaşlaması ilə istehsalçıların satış qiymətlərinin daha da artması yolu ilə artan xərcləri istehlakçılara ötürməsi getdikcə çətinləşəcək.

İqtisadi vəziyyət dövlət büdcəsinin qəbulu ilə bağlı problemlərlə çətinləşir. Hökumət dövlət büdcəsi kəsirini 2025-ci ildə ÜDM-in gözlənilən 5,4 faizindən 5 faizə endirməyi hədəfləyir, eyni zamanda, müəyyən sahələrdə xərclərin artırılması tələbləri ilə üzləşir.

Xüsusilə, bazar ertəsi günü elan edilən 1 milyard avrodan çox dəyəri olan məktəblilər və tələbələr üçün yeni dəstək tədbirləri də nəzərdən keçirilir.

Yaşayış xərclərinin artması fonunda sosial iğtişaşlar da artır. Pərakəndə satıcılar yeni etirazların Milad bayramı ərəfəsində mağazaların talan edilməsinə və vandalizmə səbəb ola biləcəyindən qorxurlar. Məlumatda qeyd edildiyi kimi, oxşar hadisələr artıq oktyabrın 17-də baş verib.

“S&P” iqtisadçısı Co Heys biznes əhvali-ruhiyyəsinin daha da pisləşdiyini qeyd edir. Onun sözlərinə görə, şirkətlərin növbəti 12 ay ərzində iqtisadi fəaliyyətlə bağlı gözləntiləri son altı il yarımda ən aşağı səviyyəyə düşüb.

Bu artan pessimizm qismən Fransada 2027-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı qeyri-müəyyənliklə bağlıdır. Ekspertin fikrincə, bu seçkilər gərgin siyasi rəqabət şəraitində keçiriləcək.

İstehlakçı əhvali-ruhiyyəsi də pisləşir. INSEE-nin məlumatlarına görə, oktyabr ayında ev təsərrüfatlarının hökumətin iqtisadi siyasətinə inamı son 13 ildən çox müddətdə ən aşağı səviyyəyə düşüb. Yeni tədris ilinin əvvəlində fransız istehlakçıları maliyyə vəziyyətləri və artan işsizlik perspektivləri ilə bağlı xüsusi narahatlıqlarını ifadə ediblər.

Beləliklə, zəif daxili tələbat, ləng investisiya, artan qiymətlər və siyasi qeyri-müəyyənlik Fransa iqtisadiyyatını geridə qoyaraq onun bərpa perspektivlərini çətinləşdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyada sürət qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb

COOMET-in iclasında fotometriya və radiometriya sahəsində aparılan beynəlxalq tutuşdurmaların nəticələri müzakirə edilib

İren Kitsou-Milonas: "Dini dözümsüzlük və nifrət insan hüquqları çərçivəsində həllini tapmalıdır

Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb

“The Lancet”: Səhiyyə sahəsində iqlim dəyişmələri ilə bağlı qlobal fövqəladə hal elan edilməlidir

İbrahim Nəcm: Sülh quruculuğu insanların düşüncələri və vicdanları uğrunda mübarizə məsələsidir

“Sumqayıt”ın prezidenti: Zaman keçdikcə daha güclü komanda görəcəyik

“Wonderful” şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır

Mormonlar kilsəsinin üzvü: Dialoq münaqişələrin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır

® Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

44 günün qəhrəmanları – BDU-da Zəfər tariximizə həsr olunmuş tədbir təşkil olunub

Türkiyə Aşkenaz yəhudilərinin Baş ravvini: Dialoq aparmalı olan dinlər deyil, dindar insanlardır

“Rosatom” “Paks II” layihəsi üzrə işləri davam etdirir

Azərbaycanlı boksçular Almaniya çempionatında uğurla çıxış ediblər

Türkiyənin Fırat Universitetinin professorları Kimya İnstitutu ilə tanış olublar

İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb

İsveçdə yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur

Azərbaycan nümayəndə heyəti Keniyada 7-ci İnnovasiya Həftəsində iştirak edib

Rumıniya mətbuatı: Azərbaycan beynəlxalq turizmin ən sürətlə inkişaf edəcəyi istiqamətlərdən biri ola bilər

Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Kristian Kamill: Müxtəlif dini inanclara malik insanların yaşadığı dünyəvi dövləti qorumaq üçün ortaq maraq mövcuddur

® “Coca-Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb

Qara dənizdə dron hücumuna məruz qalan gəmi Bolqarıstanın iqtisadi zonasına daxil olub

Yunanıstanda güclü yağışlarla əlaqədar bayram paradları ləğv edilib

Müzəffər Kamilov: Dinlərarası dialoq qarşılıqlı etimadı və həmrəyliyi möhkəmləndirmə vasitəsidir

Bərdədə terror qurbanlarının xatirəsi anılıb

Azərbaycanlı alimin Əlişir Nəvaiyə həsr olunan monoqrafiyası Özbəkistanda təqdim edilib

Özbəkistan Prezidentinin müşaviri: Dini tolerantlığın inkişafı ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir VİDEO

Özbəkistan Prezidentinin müşaviri: Dini tolerantlığın inkişafı ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir VİDEO

Proqnozlar Fransada siyasi və büdcə qeyri-müəyyənliyi fonunda iqtisadiyyatın yavaşlayacağını göstərir

“Onun balalarını heç vaxt tək qoymayacağam...” - Bərdə terrorundan 6 il ötür

Ramin Məmmədov: Azərbaycan bütün dini abidələrin bərpasına böyük həssaslıq və sadiqliklə yanaşır

Sərdar Məhəmməd Yusif: Pakistan dinlərarası harmoniyanın möhkəmləndirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırdır VİDEO

Sərdar Məhəmməd Yusif: Pakistan dinlərarası harmoniyanın möhkəmləndirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırdır VİDEO

KAICIID-ın nümayəndəsi: Dini liderlərin qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verə biləcəyi şərait yaradılmalıdır

BMT rəsmisi: Müxtəlif dinlərin nümayəndələri ilə dialoqa ehtiyacımız var VİDEO

BMT rəsmisi: Müxtəlif dinlərin nümayəndələri ilə dialoqa ehtiyacımız var VİDEO

Nihal Saad: Azərbaycan dinc yanaşı yaşamanın, mədəni müxtəlifliyin uzunmüddətli ənənəsini yaşadır VİDEO

Nihal Saad: Azərbaycan dinc yanaşı yaşamanın, mədəni müxtəlifliyin uzunmüddətli ənənəsini yaşadır VİDEO

Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblar VİDEO

Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblar VİDEO

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar VİDEO

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar VİDEO

Ahmet Turan: Azərbaycanla Hindistan üçün ən real yol iqtisadiyyat, texnologiya və insanlararası əlaqələrdə praktiki nəticələr əldə etməkdir

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir VİDEO

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir VİDEO

“Real Madrid” Mbappenin sözlərinə görə Çin xalqından üzr istəyib

Migel Anxel Moratinos: Din xadimlərinin müqəddəs şəxsiyyətlər olduğuna inanıram

ADAU ilə “Zirvə Agro” arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

ADAU ilə “Zirvə Agro” arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar

“Bitcoin”in ilin sonunadək 100 min dollara çatması ehtimalı 17 faiz qiymətləndirilir

Akif Quliyev: Müasir suvarma texnologiyaları su itkilərini azaldır, məhsuldarlığı artırır

BDYPİ elektroskuter istifadəçilərinə müraciət edib VİDEO

Linqvistikaya dair əlyazmalar kataloqunun birinci cildi nəşr olunub

Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir

Şirvan suvarma kanalının yenidən qurulması 100 min hektardan artıq yeni əkin sahəsinin su təminatını yaxşılaşdıracaq

Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil – Məhkəmə

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır VİDEO

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır VİDEO

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı Forumu qlobal sülh və mədəniyyətlərarası dialoqun təşviqində mühüm platformadır ŞƏRH

Paytaxt məktəbliləri XII Bakı Beynəlxalq Kitab Sərgisində

® “Rabitəbank” Zəfər Gününə özəl biznes kampaniyasına start verib

Baş Prokurorluq: Məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır

“CHELEBI” Bakı Beynəlxalq İncəsənət Festivalında Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

Bu il dövlət zəmanətli borcda sabit faizli öhdəliklərin payı azalıb, dəyişkən faizli öhdəliklərin payı isə artıb

Fransalı nümayəndə: Azərbaycanda gördüyüm bütün mədəni məkanlardan zövq alıram

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB VİDEO

Dostluq Assosiasiyasının prezidenti: Mərakeşdə Azərbaycanla bağlı məlumatları daim diqqətlə izləyirik

Azərbaycanda incəsənət təhsili yenilənir: gənclər yeni yaradıcılıq istiqamətlərinə yönəlir

Nazir müavini: Builki Mədəniyyətlərarası Dialoq Forumu daha geniş proqrama malikdir VİDEO

Nazir müavini: Builki Mədəniyyətlərarası Dialoq Forumu daha geniş proqrama malikdir VİDEO

Süni intellekt modellərində milli dəyərlərin gələcək nəsillərə ötürülməsi yolları təklif edilib

Nazir müavini: İşəgötürənlərə tövsiyə edirəm ki, işaxtaranlara daha diqqətlə yanaşsınlar

Sədr müavini: Məzhəblərarası münasibətlər kontekstində Azərbaycan İslam dünyasında nadir ölkələrdəndir

Azərbaycanda dövlət zəmanətli borcun 58 faizi ABŞ dollarındadır

Nicat Məmmədli: Süni intellekt gələcək nəslin dəyərlərinin formalaşmasına təsir göstərir

Səhiyyə sistemindəki son dəyişikliklər koordinasiyalı idarəçiliyə doğru yeni mərhələnin başlanğıcıdır

Komitə rəsmisi: Dinlərarası dialoqa ortaq gələcək naminə yol xəritəsi kimi yanaşırıq VİDEO

Komitə rəsmisi: Dinlərarası dialoqa ortaq gələcək naminə yol xəritəsi kimi yanaşırıq VİDEO

Gündüz İsmayılov: Siyasi-iqtisadi potensial, tarixi, dini və mənəvi zənginlik Azərbaycanın dinlərarası dialoqda aparıcı mövqeyini gücləndirir

® Bu bank minimum 8.5%-lə kredit təklif edir

Azərbaycanda işləmiş almaniyalı funksioner: U-15 dünya çempionatı analoqu olmayan tədbirdir

UNEC Şanxay reytinqində dünya nəhənglərini iki mühüm göstərici üzrə geridə qoydu

Azərbaycan-Hindistan münasibətlərinin inkişafı qarşılıqlı maraqları praktik əməkdaşlığa çevirəcək RƏY

Azərbaycanda dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti 3,64 təşkil edib

Səudiyyə Ərəbistanının nümayəndəsi: Digər üzv dövlətləri də Məkkə Konvensiyasına qoşulmağa çağırırıq VİDEO

Səudiyyə Ərəbistanının nümayəndəsi: Digər üzv dövlətləri də Məkkə Konvensiyasına qoşulmağa çağırırıq VİDEO

Tokayev 2027-ci ilin Qazaxıstanda “Böyük Tikinti İli” elan olunmasını təklif edib

Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirilib

Yaponiya və ABŞ müdafiə nazirləri əməkdaşlığı artırmaq barədə razılığa gəliblər

Kimya İnstitutunun gənc alimləri məktəblilər üçün ustad dərsi keçiblər

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB

Xaçmaz şəhərində park yenilənir, yeni yaşıllıq zolaqları salınır

Azərbaycanda təhsil standartları yenilənir: vətəndaşlıq ayrıca səriştə olacaq

Şirvan suvarma kanalının yenidən qurulması işlərinin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur

Aksiyalarda dağıdıcı fəaliyyət göstərənlər vurduqları zərəri ödəyəcəklər

Dünyanın istehlak malları və ərzaq məhsulları istehsalçıları gələn il qiymətlərin artacağı barədə xəbərdarlıq ediblər

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Çiliyə uduzub

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb

Məktəb və ailə əməkdaşlığına dair maarifləndirici tədbir təşkil edilib

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir VİDEO

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir VİDEO

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Aparat rəhbəri: 2060-cı ilədək olan iqlim hədəflərinin əsas istiqamətləri müəyyən edilib

Aydan Ramazanova: Heydər Əliyev Fondu beynəlxalq layihələrlə təhsilin əlçatanlığını və inklüzivliyi dəstəkləyir

Tarixçi-alim: Alban xristian abidələrində erməni memarlıq üslubu yoxdur

Multikulturalizm Azərbaycanda xalq həmrəyliyinin əsasını təşkil edən amillərdəndir – ŞƏRH

Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib