Azərbaycanda dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti 3,64 təşkil edib
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 1-nə Azərbaycanda dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,64 təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən hazırlanan 2026-cı ilin 9 ayı üzrə dövlət borcuna dair hesabatda deyilir.
Bildirilir ki, cari ilin ilk 3 ayı ərzində qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin bitməsi dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.
Cari ilin ilk 9 ayı ərzində əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 2 milyard 297,2 milyon manat məbləğində əsas borc ödənişləri, 397,1 milyon manat məbləğində isə faiz və diskont ödənişləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [13:13]
® “Rabitəbank” Zəfər Gününə özəl biznes kampaniyasına start verib
- 28.10.2026 [12:51]
Azərbaycanda dövlət zəmanətli borcun 58 faizi ABŞ dollarındadır
- 28.10.2026 [12:49]
® Bu bank minimum 8.5%-lə kredit təklif edir
- 28.10.2026 [12:26]