Aşqabadda Xəzər dənizi sahilyanı ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası keçirilir
Bakı, 28 oktyabr, AZƏRTAC
Aşqabaddakı Xəzər Dənizi İnstitutunda Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin iclası keçirilir. Azərbaycan, Türkmənistan, İran, Rusiya və Qazaxıstanın təmsil olunduğu görüşdə əsas diqqət Xəzəryanı dövlətlərin hökumətləri arasında Xəzərdə dəniz elmi tədqiqatları sahəsində əməkdaşlıq haqqında Saziş layihəsinin müzakirəsinə yönəlib.
AZƏRTAC “Turkmenistaninfo” rəsmi veb-saytına istinadla xəbər verir ki, sənəd Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 12 avqust 2018-ci ildə Aktauda keçirilən Beşinci Xəzər Zirvə toplantısında irəli sürdüyü təşəbbüsə uyğun olaraq hazırlanır. Həmin vaxt Türkmənistan lideri Xəzər dənizində birgə elmi tədqiqatlar üçün sistemli əsas yaradacaq ayrıca beştərəfli saziş hazırlamağı təklif etmişdi.
Bu layihə üzrə əvvəlki danışıqların raundları bütün sahilyanı ölkələrin ortaq yanaşmalar hazırlamaqda maraqlı olduğunu təsdiqləyib. Hazırkı görüşdə layihənin qalan müddəaları üzrə razılaşmanın əldə olunması gözlənilir.
İki gün davam edən iclas oktyabrın 28-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [11:54]
Bişkekdə fərdi məlumatların qorunması üzrə beynəlxalq forum keçirilir
- 28.10.2026 [11:53]
Çində duz yığımı mövsümündən maraqlı görüntülər – FOTOLAR
- 28.10.2026 [11:47]
Qazaxıstanda 2027-ci ildə “Balxaş” AES-in tikintisinə başlamaq təklif olunub
- 28.10.2026 [11:35]
Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var
- 28.10.2026 [10:48]
BƏT: Dünyada təxminən 66,5 milyon ev işçisi qeyri-rəsmi şəkildə çalışır
- 28.10.2026 [10:33]
İsraildə seçkilərin ilkin “exit-poll” nəticələri açıqlanıb
- 28.10.2026 [10:23]
Suriya və İordaniya birgə təhlükəsizlik komitəsi yaradacaq
Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub
- 27.10.2026 [23:03]
Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər
- 27.10.2026 [22:42]
FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib
- 27.10.2026 [22:24]
“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb
- 27.10.2026 [22:22]
“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb
- 27.10.2026 [22:04]