® “Baku Steel Company” Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim edib
“Baku Steel Company” QSC oktyabrın 21–23-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş “Türkmənistanın Neft və Qazı” (OGT 2026) 31-ci Beynəlxalq Konfrans və Sərgisində öz stendi ilə təmsil olunub.
Enerji sektorunun davamlı inkişafı, qlobal enerji bazarındakı aktual tendensiyalar və Türkmənistanın neft-qaz sənayesinə investisiya imkanlarına həsr olunan tədbir müxtəlif ölkələrdən sənaye şirkətlərini və biznes nümayəndələrini bir araya gətirib.
“Baku Steel Company” sərgidə armatur, katanka, boru, pəstah və ferrosilisium məhsullarını nümayiş etdirib. Stend ziyarətçilərinə məhsulların texniki xüsusiyyətləri, tətbiq sahələri və beynəlxalq keyfiyyət standartlarına uyğunluğu barədə məlumat verilib.
BSC-nin OGT 2026 üçün hazırladığı stend sərginin “Ən yaxşı stend dizaynı” mükafatına layiq görülüb. Mükafat stendin yaradıcı həllinə, peşəkar dizaynına və yüksək səviyyədə təqdimatına görə verilib.
Tədbir çərçivəsində şirkət nümayəndələri potensial tərəfdaşlarla B2B görüşlər keçirərək regional bazarlardakı tələbatı, mümkün əməkdaşlıq istiqamətlərini və qarşılıqlı maraq doğuran layihələri müzakirə ediblər.
OGT 2026-da iştirak “Baku Steel Company” üçün beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirmək, yeni işgüzar əlaqələr qurmaq və ixrac coğrafiyasını genişləndirmək baxımından əhəmiyyətli olub.
ŞİRKƏT HAQQINDA
“Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir və tikinti, infrastruktur və sənaye sektorları üçün yüksəkkeyfiyyətli polad məhsulları istehsal edir.
Ətraflı məlumat üçün: www.bakusteel.com