Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub
Bakı, 27 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sumqayıt” “SOCAR Polymer Arena”da “Kür-Araz”a 11:0, “Qəbələ” isə Qəbələ şəhər stadionunda “Mingəçevir”ə 3:0 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra “Sumqayıt” 1/8 finalda “Qarabağ”a rəqib olub, “Qəbələ” isə MOİK – “Şahdağ Qusar” cütünün qalibi ilə üz-üzə gələcək.
Günün ilk oyunlarında “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” isə “Zaqatala”nı 1:0 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb. Bu komandalar növbəti mərhələdə bir-biri ilə qarşılaşacaq.
Hazırda davam edən “Səbail” - “Zirə” oyununda isə fasilədir və hesab qonaq komandanın xeyrinədir – 1:0.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin digər matçları oktyabrın 28-29-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [19:37]
Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum
- 27.10.2026 [18:21]
Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
- 27.10.2026 [18:01]
Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib
- 27.10.2026 [17:44]
Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb
- 27.10.2026 [16:37]