Şahin Mustafayev: Xəzəryanı dövlətlər öz aralarında əməkdaşlığı gücləndirməlidir VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Xəzəryanı dövlətlər öz aralarında əməkdaşlığı gücləndirməlidir. Bunun üçün beş Xəzəryanı ölkənin – Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistanın sıx tərəfdaşlığı şərtdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Akademiyasının prezidenti Şahin Mustafayev oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq Təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsindəki çıxışında səsləndirib.
“Biz, həmçinin ekoloji çağırışlara praktiki cavablar verməklə qarşılıqlı anlaşmanı gücləndirə bilərik. Xəzər dənizi Xəzəryanı dövlətləri təkcə coğrafiya və tarix vasitəsilə deyil, həm də onun gələcəyi qarşısında daşıdıqları ortaq məsuliyyət hissi ilə birləşdirməlidir”, – deyə o qeyd edib.