Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir
Bakı, 27 okyabr, AZƏRTAC
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal mədəni əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Seymur Hüseynov beynəlxalq dialoq platformalarının əməkdaşlığına həsr olunan görüşdə deyib.
Seymur Hüseynov bildirib ki, Bakı Prosesi müxtəlif ölkələrin mədəniyyət platformalarını bir araya gətirmək ideyası əsasında formalaşıb: “Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə fərqli platformaların nümayəndələrinin eyni masa ətrafında toplanması bu prosesin əsasını təşkil edib. Bakı Prosesi gələcəkdə qlobal forumlarla məhdudlaşmamalı, beynəlxalq mədəni əməkdaşlıq üçün daha geniş imkanlar yaratmalıdır. Növbəti – VIII Dünya Forumuna qədər bu prosesin nəticələrini bölüşmək, iştirakçı təşkilatlarla əməkdaşlıq imkanlarını qiymətləndirmək və bəşəriyyət üçün əhəmiyyətli təşəbbüslər həyata keçirmək niyyətindədir”.