Denis Trefilov: Süni intellekt humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır
Bakı, 27 oktyabr, AZƏRTAC
Humanitar müzakirələrdə əməkdaşlıq xüsusi yer tutur. Süni intellekt artıq insanlar arasında ünsiyyət, informasiya mübadiləsi, təhsil, mədəniyyət və biliklərin yayılması üsullarını dəyişdirir.
AZƏRTAC xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Denis Trefilov oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsində çıxışı zamanı səsləndirib.
O bildirib ki, süni intellekt, həmçinin dil maneələrini aradan qaldırmağa, mədəniyyətə çıxışı genişləndirməyə, ənənələrin qorunmasına və beynəlxalq əməkdaşlıq üçün yeni imkanların yaradılmasına kömək edə bilər.