Migel Anxel Moratinos: Müharibənin qarşısını almaq üçün sülh mədəniyyəti yaratmaq lazımdır
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan rəhbərliyi və Mədəniyyət Nazirliyi “Mədəniyyət naminə sülh” adlı ilk təşəbbüsü irəli sürüb. Bu, innovativ bir konsepsiya idi.
AZƏRTAC xəbər verir ki, bunu BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar iclasda deyib.
O bildirib ki, BMT sistemi baxımından bu, bir növ çağırış olmasa da, böyük bir yenilik idi. Çünki BMT və UNESCO çox gözəl bir konsepsiya yaratmışdılar - “Sülh üçün mədəniyyət”.
“Müharibənin qarşısını almaq üçün sülh mədəniyyəti yaratmaq lazımdır”, - deyə Migel Anxel Moratinos əlavə edib.
Fotoqraf - Səfiyar Məcnun