Vəkillər probasiya qeydiyyatında olan daha 18 məhkuma hüquqi yardım göstəriblər
Bakı, 27 oktyabr, AZƏRTAC
Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən probasiya nəzarətində olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məqsədilə pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.
Bu barədə AZƏRTAC-a kollegiyadan məlumat verilib.
Bildirilib ki, növbəti hüquqi yardım tədbiri oktyabrın 27-da Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin və Probasiya xidmətinin təşkilatçılığı ilə Bakı Probasiya İdarəsində həyata keçirilib. Tədbir Probasiya xidməti və Vəkillər Kollegiyası tərəfindən 2026-cı il üçün imzalanmış Tədbirlər Planına müvafiq olaraq təşkil edilib.
Aksiya çərçivəsində Presedent Vəkil Bürosunun vəkilləri tərəfindən Bakı şəhəri üzrə probasiya qeydiyyatında olan 18 nəfər qəbul edilib. Məhkumların qarşılaşdıqları hüquqi problemlər dinlənilib, onların həlli ilə bağlı müvafiq tədbirlər görülüb, eləcə də müxtəlif hüquqi məsələlər üzrə şifahi və yazılı izahatlar verilməklə pulsuz hüquqi yardım göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [17:06]
AQTA sədri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 27.10.2026 [16:30]
Şəhid Ümman Əmiraslanovun ailəsi ziyarət olunub
- 27.10.2026 [16:01]