“Sumqayıt” – “Şəfa” matçının keçiriləcəyi stadion müəyyənləşib
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək “Sumqayıt” – “Şəfa” qarşılaşması “SOCAR Polymer Arena”da baş tutacaq.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi və davamlı istismara hazır olması üçün bir müddət gözləmək məqsədəuyğun hesab edilib.
“Sumqayıt”ın bu mövsüm həmin arenada ilk ev oyununun Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”a qarşı keçirilməsi planlaşdırılır. Oyundan öncə PFL tərəfindən stadiona baxış keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [16:37]
Arif Əsədov: Arsen Venger dünya çempionatının təşkilatçılığından razı qalıb
- 27.10.2026 [15:56]
Azərbaycan Kuboku: “Araz-Naxçıvan” və “Marafon” 1/8 final mərhələsində
- 27.10.2026 [15:43]
Arsen Venger Bakıda məşqçilər üçün master-klas keçib
- 27.10.2026 [12:53]