Şəhid Ümman Əmiraslanovun ailəsi ziyarət olunub
Bakı, 27 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari şəhid Ümman Əmiraslanovun ailəsini ziyarət edib.
Bu barədə AZƏRTAC-a DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən məlumat verilib.
Görüşdə Vətən müharibəsi zamanı könüllü şəkildə torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulan şəhidin qəhrəmanlıq hekayəsindən bəhs olunub.