Rusiya dizel yanacağı daşıyan dördüncü tankeri yola salmağı planlaşdırır
Moskva, 27 oktyabr, AZƏRTAC
Rusiya ABŞ və dünya bazarlarına tədarüklə bağlı razılaşmalar çərçivəsində oktyabrın 28-də dizel yanacağı daşıyan dördüncü tankeri yola salmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun 8-ci sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya limanlarından dizel yanacağı ilə yüklənmiş üç tanker artıq yola düşüb. Dördüncü gəminin oktyabrın 28-də göndərilməsi nəzərdə tutulur.
Oktyabrın 9-da RF və ABŞ liderləri Rusiyanın dizel yanacağının dünya və Amerika bazarlarına tədarükü barədə razılığa gəliblər. ABŞ Maliyyə Nazirliyi ixrac əməliyyatlarının həyata keçirilməsinə icazə verən müvafiq lisenziya verib.
Rusiya oktyabr ayı ərzində ABŞ və dünya bazarlarına 300 min tondan çox dizel yanacağı tədarük etməyi planlaşdırır. Yanacaqla yüklənmiş ilk tankerlər oktyabrın 24-də yola salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [16:55]
Belçika atom elektrik stansiyalarını milliləşdirməyə hazırlaşır
- 27.10.2026 [16:47]
Fransada 3 polis 6 il əvvəl ölən şəxslə bağlı məhkəmədə cavab verəcək
- 27.10.2026 [16:39]
Migel Anxel Moratinos Avropada islamofobiyanı “metastaz” ilə müqayisə edib
- 27.10.2026 [16:25]
İsraildə seçici fəallığı səsvermə müddətinin uzadılmasına səbəb olub
- 27.10.2026 [16:06]