Emin Hüseynov: Qarabağda dağıntıların miqyasını sözlə ifadə etmək çox çətindir
Bakı, 27 oktyabr, AZƏRTAC
Qarabağda dağıntıların miqyasını sözlə ifadə etmək çox çətindir. Bütün şəhərlər və kəndlər xarabalığa çevrilmiş, tarixi və mədəni abidələr, eləcə də qəbiristanlıqlar da məhv edilmişdi. Bu, sadəcə olaraq şəhərlərin məhv edilməsi deyildi. Bu, eyni zamanda, mədəni irsin və kimliyimizin dağıdılması idi.
AZƏRTAC xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar iclasda deyib.
“Azərbaycanın irəli sürdüyü nəzəri çərçivədə də qeyd edildiyi kimi, düzgün hüquqi çərçivənin və koordinasiyanın olması çox vacibdir. Ərazilərimiz azad edildikdən sonra Prezident İlham Əliyev bərpa işləri üçün idarəetmə çərçivəsini təqdim etdi”, - E.Hüseynov əlavə edib.
Fotoqraf - Səfiyar Məcnun