BDU təhsil krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Təhsil Tələbə Krediti Fondu tərəfindən təqdim olunan geriödəmə güzəştlərindən yararlanan tələbələrin sayına görə ali təhsil müəssisələri arasında birinci yerdə qərarlaşıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, 225 tələbə təhsil kreditinin geriödəmə üzrə 25 faiz və 50 faiz güzəşt əldə edib.
Qeyd edək ki, yüksək akademik göstəricilərə malik tələbələr müəyyən edilmiş şərtlər əsasında təhsil kreditinin geri ödənilməsi zamanı 25 faiz və 50 faiz güzəştdən yararlana bilirlər.
Bu göstərici BDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də dövlətin gənclərə göstərdiyi sosial-maddi dəstək mexanizmlərindən maksimum səmərəli istifadə olunmasının bariz nümunəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [17:39]
ADAU ilə Neft-Kimya Prosesləri İnstitutu arasında memorandum imzalanıb
- 27.10.2026 [17:32]
Çinli alim Kimya İnstitutunda laboratoriyaların fəaliyyəti ilə tanış olub
- 27.10.2026 [17:17]
Tarixçi-alim: Alban abidələrinin tarixi izləri işğal dövründə təhrif edilib
- 27.10.2026 [16:53]