Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub
Astana, 27 oktyabr, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Bağdat Sabazla üz-üzə gəlib. Rəqibinə 5:8 hesabı ilə uduzan Cəfərov 5-ci yeri tutub.
Bununla da Azərbaycanın yunan-Roma güləşçiləri mundialı 3 medalla başa vurublar. Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar, Nihat Məmmədli (63 kiloqram) isə gümüş mükafat sahib çıxıb.
Qeyd edək ki, güləş üzrə dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [19:37]
Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum
- 27.10.2026 [18:59]
Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub
- 27.10.2026 [18:21]
Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
- 27.10.2026 [18:01]
Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib
- 27.10.2026 [17:44]
Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb
- 27.10.2026 [16:37]