Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcəklər.
Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, ölkəmiz beynəlxalq yarışda 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.
Yığmanın heyətində Murad Muradlı, Babarəhim Mirzəyev (60 kiloqram), Nizami İmranov, İslam Rəhimov (66 kiloqram), Əbil Yusubov, Mehdi Cəfərov (73 kiloqram), Əjdər Bağırov (100 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) mübarizə aparacaqlar.
Kişilərdən ibarət milli komandaya baş məşqçi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəqq Rəsullu rəhbərlik edəcəklər.
Oktyabrın 30-dan noyabrın 1-dək baş tutacaq yarışda 36 ölkədən 284 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [18:59]
Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub
- 27.10.2026 [18:01]
Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib
- 27.10.2026 [17:44]
Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb
- 27.10.2026 [16:37]