Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb
Bakı, 27 oktyabr, AZƏRTAC
Nigeriyanın şimal-şərqində yerləşən Taraba ştatının Binari bölgəsində silahlı şəxslərin hücumu nəticəsində azı 62 nəfər həlak olub, 52 nəfər yaralanıb.
AZƏRTAC BƏƏ-nin WAM agentliyinə istinadla xəbər verir ki, bu barədə Milli Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin Taraba ştatı üzrə rəhbəri Ladan Ayuba məlumat verib.
Onun sözlərinə görə, hücum Kərim-Lamido yerli idarəetmə ərazisinə daxil olan Binari bölgəsində baş verib. Hücumu yerli əhalinin tərcümədə “quldurlar” adlandırdığı silahlı şəxslər törədiblər.
Hadisə nəticəsində, həmçinin minlərlə sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [18:51]
Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir
- 27.10.2026 [18:35]
“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb
- 27.10.2026 [17:57]
Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib
- 27.10.2026 [17:45]
İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir
- 27.10.2026 [17:00]