Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də cüdo üzrə U-20 gənclər arasında Bakı şəhər birinciliyi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, Abşeron Olimpiya Kompleksində təşkil olunan turnirdə 34 klub və idman cəmiyyətindən 200 cüdoçu (162 oğlan, 38 qız) 13 çəki dərəcəsində qüvvəsini sınayıb.
Yekun nəticələrə əsasən, komanda hesabında "Judo Club 2012" (3-1-5) I, "Neftçi" İK (2-3-3) II, "Azəri-Cüdo" İKİB (2-0-1) isə III yeri tutub. Komandalara müvafiq kuboklar təqdim olunub.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.
Mükafatçıları təqdim edirik:
Qızlar
-48 kiloqram
1. Fatimə Abdullayeva (Azəri-Cüdo İKİB)
2. Xədicə Abdullayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Məxfirə Hüseynova (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
-52 kiloqram
1. Nərmin Ağamirzəzadə (RKİM)
2. Xədicə Namazlı (Neftçi İK)
3. Leyla Əliyeva (Judo Club 2012)
3. Gülay Haqverdiyeva (Neftçi İK)
-57 kiloqram
1. Tövsiyyə Babayeva (Qəbələ Bakı)
2. Qızılgül Əkbərova (AHİTA)
3. Yasəmən Əkbəri (RKİM)
3. Şəfiqə Əhmədova (Neftçi İK)
-63 kiloqram
1. Zəhra Hüseynzadə (Xəzri İK)
2. Leyla Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Əsma Manaflı (Judo Club 2012)
3. İlahə Əzizzadə (Neftçi İK)
-70 kiloqram
1. Lalə Pənahova (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
2. Mələk Bayramlı (DİN İC)
3. Şəbnəm Əhmədova (Günəşli İK)
-78 kiloqram
1. Zemfira Əliyeva (Spartak Wrestle Zone)
2. Zəhra İbadova (Neftçi İK)
Oğlanlar
-60 kiloqram
1. Bahadır Feyzullayev (Neftçi İK)
2. Mirxaliq İskəndərov (Neftçi İK)
3. Rüstəm Qasımzadə (Kano PİK)
3. Ömər Zamanlı (Atilla İK)
-66 kiloqram
1. Kənan Məmmədov (Neftçi İK)
2. İsmayıl Əlipənahov (RKİM)
3. Sənan Piriyev (Kanokan-TT İK)
3. Ümüd Qurbanov (Judo Club 2012)
-73 kiloqram
1. Sadiq İsgəndərli (Judo Club 2012)
2. Nihad Yəhyayev (Judo Club 2012)
3. Kənan Rəhimov (Qəbələ Bakı)
3. Yusuf Nəzər (Bakı şəhəri 1 nömrəli RİOEUGİM)
-81 kiloqram
1. Əhməd Mehdiyev (Atilla İK)
2. Amin Mehdiyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Ayxan Ələkbərov (Azəri-Cüdo İKİB)
3. Cahandar Haqverdiyev (Atilla İK)
-90 kiloqram
1. Hüseyn Səfərov (Sərhədçi İM)
2. Osman Səlimov (Atilla İK)
3. Amir Xəzriyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Qəzənfər Kazımlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
-100 kiloqram
1. Tunar Fərzəliyev (Judo Club 2012)
2. Raul İmanov (Spartak Wrestle Zone)
3. Fərid İsmayılov (Judo Club 2012)
+100 kiloqram
1. Cavidan Məsimov (Azəri-Cüdo İKİB)
2. Əli Vəliyev (Arifoğlu İK)
3. Elşən Fərzəliyev (Judo Club 2012)
3. Ömər Hacılı (Bakı şəhəri 1 nömrəli RİOEUGİM)