Bakıda Azərbaycan-Türkiyə kitabxana əməkdaşlığının perspektivləri nəzərdən keçirilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşqun Yılmaz Azərbaycan Milli Kitabxanasını ziyarət edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tanışlıq zamanı Azərbaycan ilə Türkiyə arasında mədəniyyət və kitabxana sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Milli Kitabxananın direktoru Kərim Tahirov iki ölkənin ortaq mədəni irsinə əsaslanan əlaqələrin vacibliyini vurğulayıb. O, nadir nəşrlərin, o cümlədən Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin orijinal əlyazma nüsxəsinin və qədim “Qurani-Kərim” nümunələrinin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Coşqun Yılmaz iki ölkə arasında mədəni əməkdaşlığı yüksək qiymətləndirərək, fondların ortaq irsin qorunmasında və təcrübə mübadiləsində mühüm rol oynadığını bildirib.
Sonda qonaqlar kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsi ilə tanış olublar. Onlara Füzulinin əlyazması, “Əkinçi” qəzeti, “Molla Nəsrəddin” jurnalı və XVI əsrə aid nadir nəşrlər nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [18:23]
Məhəmməd əl-Məsudiyə: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin
- 27.10.2026 [17:18]