Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunur
Bakı, 28 oktyabr, AZƏRTAC
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bilik, liderlik və imkanlar: ortaq gələcək naminə körpülərin qurulmasında qadınların və qızların rolunun gücləndirilməsi” mövzusundakı dialoq keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi müxtəlif regionlardan praktiki həlləri təqdim etmək, eləcə də fərqli mədəni və regional şəraitlərdə qadınların və qızların təhsilini, imkanlarının genişləndirilməsini və ictimai iştirakını təşviq edən uğurlu təşəbbüsləri, siyasi yanaşmaları və tərəfdaşlıq modellərini müzakirə etməkdir.
Videooperator – Ceyhun Mustafayev
Fotoqraf - Azər İbrahimov