Migel Anxel Moratinos: Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir
Bakı, 28 oktyabr, AZƏRTAC
Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir. Gənclər isə öz gələcəkləri, eləcə də gələcək nəsillərin bizim nəsildən hansı dünyanı miras alacağı barədə düşünürlər. Bəşəriyyət tarixinin yeni səhifəsini yazmaq üçün məhz sizin səsiniz eşidilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” mövzusunda plenar sessiyada çıxışı zamanı səsləndirib.
"Düşünürəm ki, bugünkü görüş və Bakıda həyata keçirdiyiniz bütün fəaliyyətlər müxtəlif mənşəli ölkələrdən, dinlərdən və mədəniyyətlərdən olan gənclərin birlikdə çalışa, dostluq münasibətləri qura və bir-birinə müsbət mənada ilham verə biləcəyini nümayiş etdirir", - deyə o qeyd edib.
Fotomüxbir - Tofiq Babayev