Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maksim Medvedev: Uşaqlara dəstək olmalıyıq, onların əlindən telefonu, sosial şəbəkələri ala bilmərik

Maksim Medvedev: Uşaqlara dəstək olmalıyıq, onların əlindən telefonu, sosial şəbəkələri ala bilmərik

Bakı, 28 oktyabr, AZƏRTAC

Doğrudan da möhtəşəm bir turnir keçirilir. Azərbaycanda belə şərait yaradılıb, meydançalar tikilib, hər şey futbol üçün edilib. Komandalar üçün yaxşı şərait qurulub. Turnir həm də əyləncəli formatda təşkil olunub. İlk dəfədir Azərbaycanda belə bir yarış keçirilir. Arsen Venger kimi tanınmış futbol adamı oyunları izləyir. Bu, Azərbaycan futbolu üçün böyük hadisədir. Belə simaları hər gün canlı görə bilmirik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedev Bakının ev sahibliyi etdiyi FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı danışarkən deyib.

O, turnirdə çıxış edən Azərbaycanın U-16 millisinin heyətində bəzi uşaqları tanıdığını bildirib: “Bir neçəsi mənimlə işləyib. Məsələn, müdafiəçi Məhəmməd Ağamalıyev və qapıçı Oqtay Mehrəliyev mənim komandada mənimlə olublar. Onlara uğurlar arzulayıram. Digər komandaların heyətində də tanıdığım futbolçular var. Düşünürəm ki, uşaqlar belə turnirlərdə iştirak edə-edə inkişaf edəcəklər. Belə yarışlar nə qədər çox keçirilsə, o qədər yaxşı olar. Bu, onların həm təcrübəsi, həm də gələcəyi üçün böyük təkan verər. İndi nəticə baxımından şansımızı itirmiş olsaq da, belə turnirdə iştirak etməyin özü böyük təcrübədir. Başqa komandalarla oynayır, fərqli futbolçuları görürsən. Bəlkə də bu gün həmin turnirdə qarşılaşdığımız uşaqlardan bir neçəsini üç-dörd ildən sonra böyük futbolçu kimi görəcəyik. Onda da deyəcəyik ki, biz bunlarla vaxtilə eyni turnirdə oynamışıq. Belə yarışlar hər tərəfdən insanı sevindirir. Azarkeşlər gəlir, oyunları izləyir, insanlar bir-biri ilə ünsiyyət qururlar. Bu, böyük üstünlükdür. İstərdim ki, bizim uşaqlar da belə turnirlərdə daha çox iştirak edib təcrübə qazansınlar”.

Hazırda “Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi kimi fəaliyyət göstərən mütəxəssis indiki gənc oyunçularla öz dövrünün futbolçu nəslini müqayisə edib: “Bizim vaxtımızda millidə əsasən azərbaycanlı futbolçular çıxış edirdilər. Rəşad Sadıqov, Kamran Ağayev, Mahir Şükürov kimi oyunçularla eyni komandada olmuşam. Mən onlardan daha gənc idim, amma birlikdə oynayırdıq. Həmin vaxt hamı futbolun nə olduğunu yaxşı başa düşürdü, hər kəs lider olmağa çalışırdı. Heç kim uduzmağı sevmirdi, məğlubiyyətlə barışmırdı. Komandada mübarizə ruhu var idi. Amma indiki gənclərlə bizim nəslimizi müqayisə etmək bir qədər çətindir. Məncə, bu, təkcə futbolla bağlı deyil. Dövr dəyişib. Biz millenial nəslindənik, indi isə alfa nəsli yetişir. Bizim vaxtımızda telefon yox idi, tennis, domino oynayır, daha çox futbol haqqında danışırdıq. Əsas marağımız futbola idi. İndiki uşaqların isə maraq dairəsi daha genişdir, hər oyundan sonra əllərində telefon görürsən. Ona görə onların diqqəti bir qədər fərqli istiqamətlərə yönəlir. Biz oyuna üç gün qalmış hazırlaşmağa başlayır, məşqlərdə bir-birimizlə danışır, səhvləri müzakirə edirdik. Kimsə çətinlik çəkəndə ona dəstək olurduq. İndi isə bəzən futbolçular arasında ünsiyyətin zəif olduğunu görürsən. Hər kəs öz oyununun yaxşı olmasına çalışır, başqalarının necə çıxış etməsi ilə o qədər də maraqlanmır. Amma bu, indiki uşaqların pis, bizim nəslin isə yaxşı olması demək deyil. Futbol dəyişir, məşq proqramları, oyun tərzi də fərqlənir. Əvvəllər fiziki hazırlığa daha çox fikir verilirdisə, indi sürət və texnika da böyük əhəmiyyət daşıyır”.

M.Medvedev vaxtilə özlərinin də əvvəlki nəslin futbolçuları ilə müqayisə olunduğunu xatırladıb: “İndi isə biz gənclərə başqa cür baxırıq. Əsas məsələ dəyişən dövrü qəbul etmək və uşaqlara dəstək olmaqdır. Onların əlindən telefonu, “Instagram”ı, “TikTok”u ala bilmərik. Mən özüm də gənc futbolçularla işləmişəm, indi əvəzedici komandada çalışıram. Bəzən özüm də təəccüblənirəm. Uşaqlar hansısa mahnını əzbər bilirlər, amma oyuna dair iki tapşırıq verəndə onu yadda saxlamaqda çətinlik çəkirlər”.

Veteran futbolçunun sözlərinə görə, yaxşı məşqçi ilk növbədə indiki gəncləri başa düşməyi bacarmalıdır: “Hər dəfə telefonu yığışdırmağı tələb etsən, uşaqlar səni özlərinə qarşı olan biri kimi qəbul edə bilərlər. Əlbəttə, telefonla bağlı müəyyən məhdudiyyətlər olmalıdır, amma əsas məsələ onların diqqətini düzgün istiqamətləndirməkdir. Məsələn, oyundan əvvəl 40 dəqiqə ərzində bütün diqqətlərini futbola yönəltmələrini tələb etmək olar. Düşünürəm ki, belə yanaşma ilə uşaqları öz tərəfimizə çəkə, onların futbola marağını artıra bilərik”.

Qeyd edək ki, oktyabrın 30-a kimi davam edəcək U-15 dünya çempionatı və festivalı 189 ölkədən futbolçuları bir araya gətirir.

Azərbaycanın U-16 yığması mundialdakı ilk oyununda Timor-Lesteni 6 cavabsız qolla üstələyib, İsraili məğlub edib - 3:1. Andorraya minimal hesabla (1:0) qalib gələn millimiz Avstraliyaya 1:3, Haitiyə 0:4 hesabı ilə uduzub. Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv hazırda 65-96-cı yerlər uğrunda mübarizə aparır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda təhsil standartları yenilənir: vətəndaşlıq ayrıca səriştə olacaq

Defense Ministers of Bulgaria, Romania and Türkiye to discuss Black Sea security in Sofia

Şirvan suvarma kanalının yenidən qurulması işlərinin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur

Aksiyalarda dağıdıcı fəaliyyət göstərənlər vurduqları zərəri ödəyəcəklər

Dünyanın istehlak malları və ərzaq məhsulları istehsalçıları gələn il qiymətlərin artacağı barədə xəbərdarlıq ediblər

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Çiliyə uduzub

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb

Məktəb və ailə əməkdaşlığına dair maarifləndirici tədbir təşkil edilib

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Aparat rəhbəri: 2060-cı ilədək olan iqlim hədəflərinin əsas istiqamətləri müəyyən edilib

Aydan Ramazanova: Heydər Əliyev Fondu beynəlxalq layihələrlə təhsilin əlçatanlığını və inklüzivliyi dəstəkləyir

Tarixçi-alim: Alban xristian abidələrində erməni memarlıq üslubu yoxdur

Multikulturalizm Azərbaycanda xalq həmrəyliyinin əsasını təşkil edən amillərdəndir – ŞƏRH

Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib

Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib

"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olunub

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir

“Cənub Qaz Dəhlizi”nin 2 milyard dollarlıq istiqrazları dövlət zəmanətli borcu kəskin azaldıb

Tarixçi alim: Azərbaycançılıq ideologiyasının əsasında dövlət bayrağımızın bütün rəngləri dayanır

Qazaxıstan Prezidenti: Yeni magistral Orta Dəhlizlə yükdaşıma marşrutunu 1000 kilometr qısaldacaq

Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar azalıb

“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub

“Neftçi”nin baş icraçı direktoru: Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik

Rusiyanın Baş prokuroru: İƏT-in korrupsiyaya qarşı mübarizə aparan qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq

ADA Universitetində rəqəmsal dövrdə təhsilin prioritetləri diqqət mərkəzində olacaq

Azərbaycanın dövlət borcu 23,8 milyard manatdır

Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb

Misir Yaxın Şərqdə gərginliyi azaltmaq üçün dördtərəfli koordinasiya mexanizmi təklif edib

Vətən müharibəsinin xronikası: 28 oktyabr

İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

Elnur Soltanov: 2 giqavat elektrik enerjisi istehsalı gücünün yaradılması 2 milyard dollar investisiyanın cəlb olunması deməkdir

Bişkekdə fərdi məlumatların qorunması üzrə beynəlxalq forum keçirilir

Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib

Çində duz yığımı mövsümündən maraqlı görüntülər – FOTOLAR

Maksim Medvedev: Uşaqlara dəstək olmalıyıq, onların əlindən telefonu, sosial şəbəkələri ala bilmərik

BMT Proqramının direktoru: Azərbaycanda olmaq böyük sevincdir

Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib

Qazaxıstanda 2027-ci ildə “Balxaş” AES-in tikintisinə başlamaq təklif olunub

Qətər nümayəndəsi: Məkkə Konvensiyası əməkdaşlığın gücləndirilməsi üçün mühüm mexanizmdir

Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh və tolerantlığın təşviqində mühüm platformadır- ŞƏRH

Paytaxtın Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb VİDEO

Pyerluici Kollina: Azərbaycanlı hakimlər dünya çempionatında əla iş görürlər

“Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək

Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik

Azərbaycan təmsilçilərinin FIBA Avropa Kubokunda növbəti sınağı

Azərbaycanlı alimlər Qazaxıstandakı beynəlxalq konfransda çıxış ediblər

Vajiha Harris: Münaqişə bölgələrində qadınların yükü ikiqat ağırdır, onların ehtiyacları xüsusi diqqət tələb edir

Metan emissiyalarının azaldılması Azərbaycanın iqlim hədəflərinə nail olması baxımından mühüm əhəmiyyət daşıyır

Nazir müavini: Forumda 5 qitəni təmsil edən 44 ölkədən 100-dən çox gənc iştirak edir

İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib

Yevlaxda avtomobil aşıb, 2 nəfər ölüb VİDEO

Yevlaxda avtomobil aşıb, 2 nəfər ölüb VİDEO

Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir

Azərbaycanın millisinin baş məşqçisi: Əminəm ki, futbolçular U-15 dünya çempionatındakı anları uzun müddət xatırlayacaqlar

Fərhad Hacıyev: Gənclər dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, inkişafa təsir göstərmək gücünə malikdirlər

Aşqabadda Xəzər dənizi sahilyanı ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası keçirilir

FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub

Baş prokuror: Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır

BMT rəsmisi: Qadınların iqtisadi imkanları genişləndirilməli, təhsili layiqli iş imkanları ilə əlaqələndirilməlidir

Fransız professor: Mədəniyyətlərarası dialoq sülhün və fundamental insan hüquqlarının təşviqinə xidmət edir

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

Fərid Cəfərov: Müasir dünya gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş imkanlar yaradır

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

Üç ölkənin müdafiə nazirləri Qara dənizin təhlükəsizliyini müzakirə edəcəklər

Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır

Sunniya Durrani-Camalı: AİB regional yaşıl enerji əlaqələrinin qurulması istiqamətində iş aparır

Anais Dagrou: Qızların rəqəmsal imkanlara çıxışı genişləndirilməli, süni intellekt üzrə bilikləri artırılmalıdır

Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

Akademik Kamal Abdulla: “Öyrədərək öyrənirik” prinsipi təhsilin əsasını təşkil edir

BMT rəsmisi: Azərbaycan qızların təhsilinə və qadınların imkanlarının genişləndirilməsinə mühüm töhfə verir

Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib

BƏT: Dünyada təxminən 66,5 milyon ev işçisi qeyri-rəsmi şəkildə çalışır

BMT Baş katibinin müavini: Gənc nəsil müharibə deyil, sülh nəsli olmalıdır

Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir

Səməd Bəşirli: Dayanıqlı İnkişaf Məqsədləri milli inkişaf siyasətinin ayrılmaz hissəsinə çevrilib

Firudin Qurbanov: Təhsili zəif olan insanları yanlış istiqamətə yönəltmək daha asandır

Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir

Migel Anxel Moratinos: Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunur

Nazir müavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil

Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir

Bakıda “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” mövzusunda sessiya təşkil olunub

Ötən gün narkotiklərlə əlaqəli 22 fakt müəyyən olunub

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına

İsraildə seçkilərin ilkin “exit-poll” nəticələri açıqlanıb

Fethi Mansouri: Sosial həmrəylik və ədalət insan tərəqqisinin əsasını təşkil edir

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olur

Nazir müavini: Azərbaycan DİM-lərlə bağlı çağırışlarda güclü institusional bazaya malikdir

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Özbəkistanda Mərkəzi Asiya və Azərbaycan gənc liderlərinin dialoqu keçirilir

Suriya və İordaniya birgə təhlükəsizlik komitəsi yaradacaq

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir VİDEO

Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib

Azərbaycan və Belarus: Hərbi-texniki tərəfdaşlıqdan gələcəyin birgə texnologiyalarına

Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 67,8 kilometrdir

Ağdaş və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

® “Baku Steel Company” Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim edib