Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir
Bakı, 28 oktyabr, AZƏRTAC
Qızların təhsilinə dəstək layihəsi üzrə bütün proqramlarda ümumilikdə 730 nəfər qız dəstək alır. Hazırda “Hənifə Məlikova-Zərdabi” təqaüdündən 230 nəfər qız bəhrələnir. Düşünürəm ki, layihənin genişlənmə imkanları var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin bildirib: “Biz “Hacı Zeynalabdin Tağıyev” adına yeni təqaüd proqramı təsis etmişik. Bu il ilk dəfə olaraq 22 nəfər qız bundan bəhrələnib. Gələn il də həssas ailələrin nümayəndələrindən olan qızların bundan bəhrələnməsi üçün fəaliyyətimizi genişləndirəcəyik. Biz bu layihə çərçivəsində universitetlərə abituriyent hazırlığı istiqamətində də ailələrə dəstək veririk. Nəticələr bizi sevindirir”.