Nazir müavini: Builki Mədəniyyətlərarası Dialoq Forumu daha geniş proqrama malikdir
Bakı, 28 oktyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
“Əsas mövzu kimi “Parçalanmış dünyada körpülərin qurulması: ortaq gələcək üçün dialoq” müəyyən edilib. Burada 4 əsas dialoq qadınları, gəncləri və özəl sektor nümayəndələrini əhatə edir. Bu seqmentlərdən olan şəxslərin forumda iştirakı artıq bu ildən etibarən daha çox təşviq olunur. Burada da məqsəd, təbii ki, mədəniyyətlərarası dialoqda hər kəsin öz çıxışına və iştirakına imkan yaratmaqdan ibarətdir”, - deyə nazir müavini bildirib.
O qeyd edib ki, ümumilikdə, forumda 500-dən çox xarici qonaq iştirak edir. Bu qonaqlar yalnız beynəlxalq təşkilatları və hökumətləri deyil, həm də beynəlxalq qeyri-hökumət təşkilatlarını, xarici nüfuzlu media nümayəndələrini, xarici universitetlərin professorlarını və eyni zamanda, gənc liderləri təmsil edirlər.
Fotomüxbir - Azər İbrahimov