Tokayev 2027-ci ilin Qazaxıstanda “Böyük Tikinti İli” elan olunmasını təklif edib
Bakı, 28 oktyabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2027-ci ilin ölkədə “Böyük Tikinti İli” elan olunmasını təklif edib.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, təşəbbüs çərçivəsində ölkənin bütün bölgələrində yolların, hava limanlarının, dəmir yolu stansiyalarının, xəstəxanaların və mənzillərin tikintisinin genişləndirilməsi nəzərdə tutulur.
Bundan başqa, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzlərinin, eləcə də idman komplekslərinin, kitabxanaların və elmi mərkəzlərin yaradılması planlaşdırılır.
Tokayev bildirib ki, təşəbbüsün əsas məqsədi əhalinin rifahını yüksəltmək və gənc nəslin inkişafı üçün əlverişli şərait yaratmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [12:30]
Aksiyalarda dağıdıcı fəaliyyət göstərənlər vurduqları zərəri ödəyəcəklər
- 28.10.2026 [12:17]
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
- 28.10.2026 [12:15]
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
- 28.10.2026 [12:03]
Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb
- 28.10.2026 [11:54]