® Bakıda süd vəzi xərçəngi ilə mübarizəyə dəstək məqsədilə xeyriyyə tədbiri təşkil olunub VİDEO
“Four Seasons Hotel Baku” və “Nargis” Fondu süd vəzi xərçəngi ilə mübarizə mövzusunda məlumatlılığın artırılması və xeyriyyə məqsədilə xüsusi bazar günü səhər yeməyi təşkil edib. Tədbirin məqsədi bu vacib mövzuya diqqət çəkmək, həmrəyliyi təşviq etmək və xeyriyyə təşəbbüsünə dəstək göstərmək olub.
Xeyriyyə təşəbbüsü çərçivəsində səhər yeməyindən əldə olunacaq gəlirin bir qismi “Nargis” Fonduna ianə edilərək Fondun xeyriyyə fəaliyyəti üçün istifadə olunacaq. Bu addım süd vəzi xərçəngi ilə mübarizə mövzusunda ictimai diqqətin artırılmasına töhfə verməklə yanaşı, xeyirxahlıq və dəstək çağırışını da ifadə edir.
Süd vəzi xərçəngi ilə mübarizəyə diqqət çəkmək xeyriyyə və həmrəylik naminə atılan addımların dəyərini bir daha vurğulayır.
Birlikdə daha çox insana dəstək ola və fərq yarada bilərik.