Burkina-Faso təmsilçisi: Forumda qazandığım sülh quruculuğu təcrübəsini öz ölkəmdə tətbiq edəcəyəm
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələrdən, etnik və dini mənsubiyyətlərdən olan gənclər, rəhbər şəxslər və rəsmi nümayəndələrlə görüşmək üçün böyük imkan yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Burkina-Fasodan olan forum iştirakçısı Vilfrid Sebqo bildirib.
Onun sözlərinə görə, forum iştirakçıları səmərəli mədəniyyətlərarası dialoqun qurulması, vasitəçilik mexanizmlərinin tətbiqi, münaqişələrin qarşısının alınması və icmalarda sülhün möhkəmləndirilməsi istiqamətində faydalı bilikləri mənimsəyirlər.
“Forumda çox şey öyrəndim, sülh quruculuğu layihələrinin hazırlanması və mədəniyyətlərarası dialoqun təşkili sahəsində yeni bacarıqlar qazandım. Bu bilikləri öz ölkəmdə tətbiq etməyi səbirsizliklə gözləyirəm. Həmçinin müxtəlif dinlərə və xalqlara açıq münasibətinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm. Azərbaycana səfərimizdən böyük məmnunluq duyduq”, — deyə V.Sebqo əlavə edib.
Müxbir – Lalə Minasazova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [14:27]
Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb
- 28.10.2026 [13:42]
Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar
- 28.10.2026 [13:30]