ABŞ-yə məxsus “Osprey” təyyarəsi Yaponiyada təcili eniş edib
Bakı, 28 oktyabr, AZƏRTAC
ABŞ Dəniz Piyadaları Korpusuna məxsus “MV-22 Osprey” hərbi nəqliyyat təyyarəsi Yaponiyanın cənub-qərbindəki Kaqoşima prefekturasında yerləşən Taneqaşima hava limanına təcili eniş edib.
AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Yaponiya-ABŞ birgə “Keen Sword” hərbi təlimi çərçivəsində şəxsi heyəti daşıyan təyyarə yerli vaxtla saat 10:10 radələrində eniş edib və təxminən üç saat sonra yenidən havaya qalxıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, mülki aviareyslərin hərəkətində də fasilə qeydə alınmayıb.
Kaqoşima prefekturasının rəhbərliyi ABŞ tərəfini təyyarənin təcili enişinin səbəbini araşdırmağa və belə halların təkrarlanmaması üçün tədbirlər görməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [16:27]
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
- 28.10.2026 [16:09]
Bolqarıstan sahilləri yaxınlığında ticarət gəmisinə dron hücumu olub
- 28.10.2026 [15:47]
Ankarada TDT ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
- 28.10.2026 [15:41]
Türkiyənin xarici ticarət həcmi artır
- 28.10.2026 [15:16]
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
- 28.10.2026 [14:47]