Ankarada TDT ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ankara, 28 oktyabr, AZƏRTAC
Türkiyə paytaxtı 29-30 oktyabr tarixlərində Ankaradakı Prezident Kompleksində keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısına ev sahibliyi etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, türk dövlətləri liderlərinin görüşündən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə TDT Xarici İşlər Nazirləri Şurasının beşinci iclası keçiriləcək.
Müzakirələr TDT çərçivəsində əməkdaşlıq üçün institusional çərçivənin gücləndirilməsi addımlarına yönələcək. Xarici işlər nazirlərinə nəzərdən keçirilməsi üçün bir sıra sənədlər təqdim olunacaq.
Ayrı-ayrı ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Türkiyə mediasının məlumatına görə, Hakan Fidanın çıxışında Orta Dəhlizin inkişafı və Trans-Xəzər marşrutunun gücləndirilməsi addımları xüsusi yer tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [16:27]
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
- 28.10.2026 [16:09]
Bolqarıstan sahilləri yaxınlığında ticarət gəmisinə dron hücumu olub
- 28.10.2026 [15:41]
Türkiyənin xarici ticarət həcmi artır
- 28.10.2026 [15:30]
ABŞ-yə məxsus “Osprey” təyyarəsi Yaponiyada təcili eniş edib
- 28.10.2026 [15:16]
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
- 28.10.2026 [14:47]