Çexiya kronunun Konstitusiyada təsbit edilməsi avroya keçidi çətinləşdirə bilər
Praqa, 28 oktyabr, AZƏRTAC
Çexiya hökuməti milli valyuta olan kronun ölkə Konstitusiyasında təsbit edilməsini dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, təşəbbüs hakim koalisiyaya daxil olan “Motoristlər” və SPD partiyaları tərəfindən irəli sürülüb. Təklifə əsasən, kronun Çexiyanın rəsmi valyutası kimi Konstitusiyada təsbit edilməsi gələcəkdə avroya keçid prosesini çətinləşdirə bilər.
Xarici işlər naziri Petr Matsinka bildirib ki, avronun qəbul edilməsi kimi mühüm qərar cəmiyyətin geniş dəstəyinə əsaslanmalıdır. Maliyyə naziri Alena Şillerova isə təşəbbüsü ölkənin milli valyutaya üstünlük verdiyini göstərən siyasi addım kimi qiymətləndirib.
Dəyişikliyin qəbul edilməsi üçün Deputatlar Palatasında 200 deputatdan ən azı 120-sinin, həmçinin Senatda iştirak edən senatorların 60 faizinin dəstəyi tələb olunacaq.
Çexiya Avropa İttifaqına üzvlük çərçivəsində avroya keçmək öhdəliyi götürüb, lakin bunun üçün konkret tarix müəyyən edilməyib. Təklifin müəllifləri bildirirlər ki, Konstitusiya dəyişikliyi avronun qəbulunu tamamilə qadağan etməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [16:57]
Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər
- 28.10.2026 [16:27]
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
- 28.10.2026 [16:09]
Bolqarıstan sahilləri yaxınlığında ticarət gəmisinə dron hücumu olub
- 28.10.2026 [15:47]
Ankarada TDT ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
- 28.10.2026 [15:41]