“Turan Tovuz” “Fənərbağça” ilə oyundan əldə olunan vəsaiti Qarabağ Dirçəliş Fonduna ianə edib
Bakı, 28 oktyabr, AZƏRTAC
“Turan Tovuz” futbol klubu oktyabrın 3-də Bakıda Türkiyənin “Fənərbağça” komandası ilə keçirdiyi yoldaşlıq oyunundan (2:0) əldə olunan 50 000 manat vəsaiti Qarabağ Dirçəliş Fonduna (QDF) ianə edib.
Bölgə təmsilçisindən AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, klub Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin də əsas tərəfdaşı kimi çıxış edəcək.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” arasında birgə fəaliyyət və səmərəli əməkdaşlığın əsası sentyabrın 28-də QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev və klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tərəfindən imzalanmış Anlaşma Memorandumu ilə qoyulub.
Məlumat üçün bildirək ki, Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, AFFA-nın təşkilati dəstəyi ilə keçirilən “Dirçəliş Kuboku” turnirinin 3-cü mövsümündə 44 komanda qalib adı uğrunda mübarizə aparacaq.
Turnirdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [17:56]
Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub
- 28.10.2026 [17:23]
UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzub
- 28.10.2026 [16:50]
İspaniya Kubokunun 24 oyunu qatar qəzasına görə təxirə salınıb
- 28.10.2026 [16:43]
Premyer Liqa klubları cərimələnib
- 28.10.2026 [16:08]
Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub
- 28.10.2026 [15:07]
“Sumqayıt”ın prezidenti: Zaman keçdikcə daha güclü komanda görəcəyik
- 28.10.2026 [14:44]