Bolqarıstan sahillərində dron hücumuna məruz qalan gəminin 18 nəfərlik heyəti xilas edilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Qara dənizdə, Kaliakra burnu yaxınlığında dəniz dronlarının hücumuna məruz qalan “CONTSHIP JET” konteyner gəmisinin 18 nəfərlik heyəti xilas edilib.
AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.
Liberiya bayrağı altında üzən gəmi İsrailin Hayfa limanından Rumıniyanın Konstansa şəhərinə gedirmiş. Hadisə zamanı gəmidə 421 konteyner olub.
Xilasetmə əməliyyatına Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin üç, Sərhəd Polisinin bir gəmisi cəlb edilib. Heyət üzvləri təhlükəsiz şəkildə təxliyə olunaraq Varnaya aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [19:01]
İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib
- 28.10.2026 [18:47]
“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək
- 28.10.2026 [17:57]
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
- 28.10.2026 [17:32]
İsraildə parlament seçkiləri: Səslərin 85 faizi hesablanıb
- 28.10.2026 [16:57]