Azərbaycan diri heyvan ixracını 34 dəfəyə yaxın artırıb – QRAFİK
Bakı, 28 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 12 milyon 807,79 min dollar dəyərində diri heyvan ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 dəfə və ya 12 milyon 427,5 min dollar çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
Doqquz ayda Azərbaycan 59 milyon 254,97 min dollar dəyərində diri heyvan idxal edib ki, bu da illik müqayisədə 2,2 dəfə və ya 71 milyon 237,56 min dollar azalma deməkdir.
Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 0,05 faizini, ümumi idxalının isə 0,44 faizini təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 380,29 min dollar dəyərində diri heyvan ixrac edib, idxalın dəyəri isə 130 milyon 492,53 min dollar olub.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [17:46]
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib
- 28.10.2026 [16:17]
Hesablama Palatası 4SİM ilə əməkdaşlıq haqqında protokol imzalayıb
- 28.10.2026 [16:10]
Azərbaycan hotellərində 3,2 milyon gecələmə: Turizm gəlirləri nə qədər olub?
- 28.10.2026 [16:10]