Hökməli-Qobu-Güzdək yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Abşeron rayonunda Hökməli-Qobu-Güzdək avtomobil yolunun 2-ci kilometrliyində yolun hərəkət hissəsinin bərpası və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təmir-bərpa işlərinə başlanılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təxminən 100 metr uzunluğa malik ərazini əhatə edən təmir-bərpa işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.
Sürücülərdən alternativ marşrut kimi 20 Yanvar küçəsi istiqamətindən istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Xatırladaq ki, Hökməli-Qobu-Güzdək avtomobil yolunun 4-cü kilometrliyində də yol örtüyündə mövcud problemlərin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir. Bununla əlaqədar həmin hissədə də nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq tam məhdudiyyət tətbiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [16:17]
Hesablama Palatası 4SİM ilə əməkdaşlıq haqqında protokol imzalayıb
- 28.10.2026 [16:10]
Azərbaycan hotellərində 3,2 milyon gecələmə: Turizm gəlirləri nə qədər olub?
- 28.10.2026 [16:10]
“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
- 28.10.2026 [15:02]