Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, iclas çərçivəsində Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin Beynəlxalq İşlər Direktorluğunun direktoru briqada generalı Jamal Ebrahim Mohamed Almarzooqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tədbirdə ordularımız arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, hərbi əməkdaşlığın cari vəziyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Yekunda Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclasının Protokolu və 2027-2029-cu illər üçün əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 oktyabr
- 27.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 27 oktyabr
- 26.10.2026 [12:57]
Hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışları başa çatıb
- 26.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 26 oktyabr
- 25.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 25 oktyabr
- 24.10.2026 [12:00]