“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək
Berlin, 28 oktyabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) sərhəd agentliyi – “Frontex”ə sosial şəbəkələrdə ictimaiyyətə açıq paylaşımları izləmək səlahiyyəti veriləcək. Məqsəd miqrasiya axınları ilə bağlı məlumatları vaxtında müəyyənləşdirmək və sərhəd təhlükəsizliyini gücləndirməkdir.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının açıqladığı və “Frontex”in imkanlarının genişləndirilməsini nəzərdə tutan dəyişikliklər qurumun Aİ-də qalmaq üçün qanuni əsası olmayan şəxslərin geri qaytarılması prosesində rolunu da artıracaq.
“Frontex”ə ittifaq ərazisindən kənarda geri qaytarma əməliyyatları aparmaq üçün yeni səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Eyni zamanda, “Frontex” daxilində onlayn monitorinq və cavab mərkəzi yaradılacaq. Agentlik, həmçinin Rəqəmsal Xidmətlər Aktı çərçivəsində etibarlı xəbərvermə statusu almaq üçün müraciət edəcək. Bu status qanunsuz məzmun barədə platformalara edilən bildirişlərin daha sürətli araşdırılmasına imkan verir.
Sosial şəbəkələrin miqrasiya məlumatlarının yayılmasındakı rolu İspaniyanın Seuta anklavında baş vermiş böhran zamanı da diqqət mərkəzində olub. Həmin vaxt minlərlə miqrant bir neçə saat ərzində sərhədi qanunsuz keçmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [19:01]
İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib
- 28.10.2026 [17:57]
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
- 28.10.2026 [17:32]