Ağstafada “Gülüstan” tamaşası nümayiş olunub
Ağstafa, 28 oktyabr, AZƏRTAC
Gəncə Dövlət Milli Dram Teatrı Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında eyniadlı tamaşa nümayiş etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşa 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun əldə etdiyi tarixi Qələbəyə, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizə və sağlamlıqlarından keçən qazilərimizə ithaf olunub.
Səhnə əsərinin rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadovdur. Qrafik işi Sübhan İbrahimova məxsusdur. Səhnə əsərində bütövlükdə Gəncə Dövlət Milli Dram Teatrının geniş aktyor heyəti iştirak edib.
Müxbir -Ruslan Novruzoğlu