Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib
Astana, 28 oktyabr, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində Azərbaycanın da daxil olduğu 11 ölkədən 14 teatr kollektivinin iştirak etdiyi IV Beynəlxalq “Almaty Puppet Festival – 2026” kukla teatrları festivalı başa çatıb.
AZƏRTAC Almatı şəhər administrasiyasına istinadla xəbər verir ki, festivalda kukla sənətinin 150-dən çox nümayəndəsi iştirak edib.
Festivalda Azərbaycanı Gəncə Dövlət Teatrı təmsil edib. Festival çərçivəsində tamaşalar nümayiş etdirilib, iştirakçılar təcrübələrini bölüşüblər.
Açılış mərasimində, həmçinin teatr sənətində müasir texnologiyaların tətbiqi imkanlarını nümayiş etdirən robot-kukla təqdim olunub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [19:51]
Gənc rəssamların “Yay arzuları” Xətai Sənət Mərkəzində sərgilənib
- 28.10.2026 [19:40]
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Amsterdamdan Bakıya baxış…
- [16:35]
Ruandalı nazir "ASAN xidmət"də
- [15:50]