Naxçıvan Dövlət Kukla Teatrının “Pələng” monotamaşasının Bakı premyerası olacaq
Naxçıvan, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Bakı şəhərində Naxçıvan Dövlət Kukla Teatrının repertuarında yer alan “Pələng” monotamaşasının premyerası keçiriləcək.
Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə Bakıda monotamaşa ilə çıxış edəcək. Bu təqdimat teatrın yaradıcılıq fəaliyyətində əlamətdar hadisə olmaqla yanaşı, kollektivin paytaxt tamaşaçıları ilə görüşü baxımından da xüsusi əhəmiyyət daşıyır. Ülviyyə Heydərovanın müəllifi olduğu, İlqar Babayevin təqdimatında nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, quruluşçu rəssamı Ruqiyyə Rüstəmova, rejissor assistenti isə Mənsurə Hümbətovadır.
Bakı tamaşaçılarına təqdim ediləcək səhnə əsəri teatrın yaradıcılıq axtarışlarının və repertuar yeniliklərinin növbəti nümunəsidir. “Pələng” monotamaşasının paytaxtda nümayişi Naxçıvan teatr sənətinin təbliği və teatrsevərlərlə yaradıcı əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [14:19]
Bərdədə terror qurbanlarının xatirəsi anılıb
- 28.10.2026 [14:07]
“Onun balalarını heç vaxt tək qoymayacağam...” - Bərdə terrorundan 6 il ötür
- 28.10.2026 [13:43]
ADAU ilə “Zirvə Agro” arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO
- 28.10.2026 [13:25]