Qəbələ səhnəsində “Tək səbir” səhnələşdirilib
Qəbələ, 28 oktyabr, AZƏRTAC
Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş “Tək səbir” adlı tamaşa ilk dəfə səhnələşdirilərək tamaşaçılara təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıl bəy Qutqaşınlı adına Xalq teatrının aktyorlarının ifasında Qəbələ rayon Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi, satirik poeziyamızın qüdrətli söz ustası Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş “Tək səbir” adlı tamaşa nümayiş olunub. Tamaşa ədəbiyyatımızın zəngin irsinin yaşadılması, milli-mənəvi dəyərlərin təbliği, klassik ədəbiyyatla teatr sənəti arasında canlı əlaqənin yaradılması, yeniyetmə və gənclərin mövhumatdan, cəhalətdən uzaqlaşdıraraq təhsilə, elmə yönləndirilməsi sahəsində teatrın maarifləndirici imkanlarının nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Müxbir - Rasim İslamoğlu