“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 36 ölkəsindən olan 95-dək şirkətə 19,6 milyon dollar dəyərində telekommunikasiya xidmətləri ixrac edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 ölkə azdır, xidmət dəyəri isə 1,5 dəfə çoxdur.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadla bildirir ki, bu dövr ərzində formalaşan ümumi gəlirlərin 61 faizini ixrac əməliyyatları təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,1 milyon dollar ilə Birləşmiş Krallıq, 2,4 milyon dollar ilə Lüksemburq, 989,7 min dollar ilə Türkiyə, 884,4 min dollar ilə Pakistan və 484,9 min dollar ilə Misir qərarlaşıb. Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [13:29]
İlin əvvəlindən qatarlarda 800-dən çox əşya unudulub
- 29.10.2026 [13:27]
Mərkəzi Bank: Gündəlik kreditlərlə bağlı sərtləşdirmə davam etdiriləcək
- 29.10.2026 [12:58]
“AzərEnerji”nin ixrac gəlirləri 53 faizdən çox artıb
- 29.10.2026 [12:53]