Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ikili standartlar siyasətinə adekvat cavab vermək iqtidarındadır – ŞƏRH

Azərbaycan ikili standartlar siyasətinə adekvat cavab vermək iqtidarındadır –  ŞƏRH

Bakı, 29 oktyabr, AZƏRTAC

Beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi, ərazi bütövlüyü, insan hüquqları və beynəlxalq hüquqa hörmət əsas prinsiplər hesab olunur. Birləşmiş Millətlər Təşkilatının (BMT), Avropa Şurasının (AŞ), Avropa İttifaqının (Aİ) və digər beynəlxalq qurumların fəaliyyətində bu prinsiplərin qorunması mühüm yer tutur. Lakin praktikada həmin prinsiplərin müxtəlif dövlətlərə münasibətdə eyni ardıcıllıqla tətbiq edilməməsi beynəlxalq siyasətdə ikili standartlar məsələsini gündəmə gətirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov deyib.

O bildirib ki, Azərbaycanla bağlı müzakirələrdə bu məsələ xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi, ərazi bütövlüyü, insan hüquqları və beynəlxalq təşkilatların siyasi qərarları kontekstində özünü göstərir: “İkili standart dedikdə, oxşar hüquqi və siyasi vəziyyətlərdə olan dövlətlərə fərqli meyarların tətbiq edilməsi, bir ölkənin hərəkətlərinə sərt reaksiya verildiyi halda, digər ölkənin oxşar addımlarına daha yumşaq münasibət göstərilməsi nəzərdə tutulur. Məsələn, Ukraynaya qarşı hərbi əməliyyatlar fonunda Avropa İttifaqının müxtəlif strukturları siyasi, iqtisadi və hərbi dəstək göstəriblər. Lakin Azərbaycan təcavüzə məruz qalarkən Aİ-nin müvafiq addımlar atmaması və müşahidəçi mövqeyi tutması ikili standartlar müzakirəsini gündəmə gətirən məsələlərdəndir.

Azərbaycana münasibətdə ikili standartlar müzakirəsinin mühüm faktoloji əsaslarından biri BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdir. Bu sənədlər Azərbaycan üçün mühüm diplomatik və hüquqi əhəmiyyət daşıyırdı. Onlar Azərbaycanın ərazi bütövlüyü və işğal olunmuş ərazilər məsələsinin beynəlxalq gündəmdə olduğunu təsdiqləyirdi. Bununla belə, qətnamələrin qəbulu ilə icrası arasında ciddi fərq yarandı və həmin sənədlər uzun illər ərzində ərazilərin işğaldan azad edilməsini təmin edə bilmədi.

Burada əsas sual yaranır: beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan qurumlar qəbul etdikləri qərarların icrası üçün niyə daha təsirli mexanizmlər tətbiq etmədilər? Bu vəziyyət ikili standartlar tənqidinin əsas arqumentlərindən biri kimi qiymətləndirilir”.

A.Ağalarov Azərbaycana münasibətdə beynəlxalq hüquq normalarının tətbiqinin qiymətləndirilməsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının da əhəmiyyət daşıdığını vurğulayıb: “2015-ci il iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərar qəbul edib. İş Laçın rayonundan olan altı azərbaycanlının öz evlərinə və mülklərinə qayıtmaq imkanından məhrum olması ilə bağlı idi. Məhkəmə Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarətə malik olduğunu müəyyən edib. Həmçinin ərizəçilərin mülkiyyət hüququnun, şəxsi və ailə həyatına hörmət hüququnun, eləcə də səmərəli hüquqi müdafiə vasitələrindən istifadə hüququnun pozulduğu qənaətinə gəlib.

Bu qərar iki mühüm məqamı ortaya qoydu. Birincisi, Azərbaycan vətəndaşlarının mülkiyyət hüququnun və doğma yurdlarına qayıtmaqla bağlı hüquqlarının müdafiəsi beynəlxalq məhkəmə müstəvisində təsdiqini tapdı. İkincisi, həmin hüquqların tanınması uzun illər davam edən məcburi köçkünlük problemini öz-özünə həll etmədi.

Beləliklə, beynəlxalq hüquqi mexanizmlərin mövcudluğu ilə onların insanların həyatında yaratdığı real nəticələr arasında uyğunsuzluq müşahidə olunur. Azərbaycan cəmiyyətində ikili standartlarla bağlı narazılığın formalaşmasına təsir göstərən amillərdən biri də məhz bu uyğunsuzluqdur”.

O bildirib ki, ikili standartlar siyasəti təkcə dövlətlərarası münaqişələrdə deyil, ayrı-ayrı dövlətlərə münasibətdə də özünü göstərir: “Bəzi hallarda müəyyən dövlətlərdə insan hüquqları və demokratiya məsələləri beynəlxalq müzakirələrin əsas mövzusuna çevrildiyi halda, digər ölkələrdə baş verən oxşar hadisələrə fərqli münasibət göstərilir. Məsələn, son günlər Fransada etiraz aksiyalarında iştirak edən şəxslərə qarşı polisin həddindən artıq güc tətbiq etməsi ilə bağlı məsələlər gündəmə gəlib. Bununla belə, beynəlxalq təşkilatların reaksiyası məsələsi də müzakirə mövzusudur. Başqa bir dövlətdə oxşar hadisə baş versəydi, həmin təşkilatların daha sərt bəyanatlar verəcəyi iddia olunur.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında ikili standartlar məsələsinə toxunaraq deyib: “İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı? Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq. Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nəsə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır”.

Fəlsəfə doktoru vurğulayıb ki, ölkə başçısının çıxışından belə nəticəyə gəlmək olar ki, Azərbaycan özünə qarşı ikili standartların tətbiqini qəbul etmir və bu cür yanaşmalara qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini bildirir. Bu mövqeyin həyata keçirilməsində Azərbaycanın dövlət potensialı və siyasi iradəsi mühüm amillər kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Azərbaycan Hava Yolları” və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib

Britaniyada sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb

Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər

Azərbaycan qlobal sülhün təminatçısı kimi: mədəniyyətlərarası dialoqdan beynəlxalq həmrəyliyə

Rusiya Azərbaycanın antiinhisar pozuntuları ilə bağlı təklifini dəstəkləyib

Elisso Bolkvadze: Sülhün qurulması həqiqi incəsənət, əsl musiqi və yüksək sənət deməkdir

RİNN və “Wonderful” şirkəti dövlət sektorunda süni intellektin tətbiqini genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb

Fransada alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb

Laos – dünyada ən çox bombalanan ölkə

Fransada oğurlanmış dekorativ sualtı gəmi Besansonda tapılıb: iki nəfər saxlanılıb

Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib

Kristin Laqard gələn ilin fevralında vəzifəsindən istefa verəcək

Britaniyada yüzlərlə ailə həkimliyi mərkəzinin internet saytı çöküb

Azərbaycan Mətbuat Şurası məktəbdə baş verən hadisə ilə bağlı açıqlama yayıb

MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 62-ci iclasına Qırğızıstan ev sahibliyi edəcək

Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb

Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur

Fransız deputat: Emmanuel Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib

BMU Çinin aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq memorandumu imzalayıb

Qazaxıstan MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının yeni sədri seçilib

SABAH.angels üzvləri Azərbaycan startapına 500 min manat investisiya yatırıb

Azərbaycan reallıqları ideoloji diversiyaları dəf etməyə tam əsas verir - ŞƏRH

Niderlandla əməkdaşlıq Azərbaycanın qeyri-neft ixracının artırılmasına töhfə verə bilər - ŞƏRH

Xəzər dənizinin səviyyə tərəddüdləri – alim iqlim və geoloji amillərin kompleks təsirindən danışıb

Kəskin soyuqlar Avropada qazın qiymətinin 130 avroyadək yüksəlməsinə səbəb ola bilər

Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib

Zəfər Gününə həsr olunmuş rəsm sərgisi və müsabiqə təşkil edilib

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb

Dövlət Xidmətində oktyabr çağırışının yekunları müzakirə olunub

Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Azərbaycan ikili standartlar siyasətinə adekvat cavab vermək iqtidarındadır – ŞƏRH

Azərbaycançılıq ideologiyası, sivilizasiyaların özünüdərki və yeni geosiyasi reallıqlar MƏQALƏ

“Shell”in mənfəəti iki dəfə artaraq 10,8 milyard dollara çatıb

İlin əvvəlindən qatarlarda 800-dən çox əşya unudulub

Mərkəzi Bank: Gündəlik kreditlərlə bağlı sərtləşdirmə davam etdiriləcək

Elvin Məmmədov: Dünya çempionatında əsas nəticə deyil, uşaqların inkişafıdır

Fransada kiberhücum: Strasburq nəqliyyat şirkətinin 230 min müştərisinin məlumatları ələ keçirilib

Pekin ABŞ-nin Çin şirkətlərini "qara siyahı"ya salmasına etiraz edir

Birləşmiş Ştatların gündəlik neft hasilatı 14 milyon barelə çatır

ABŞ-nin neft ehtiyatları azalır

Ekspert: Niderland şirkətlərinin Bakı limanının inkişafının növbəti mərhələsində iştirakı mümkün ola bilər

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunan film nümayiş etdirilib

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib

Folklor İnstitutunda elmi seminar: Güney Azərbaycanda Aşura mərasimləri

ADA və Corc Vaşinqton universitetləri arasında ikili diplom proqramı ilə bağlı görüş olub

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Zaqatala, Şəki və Qəbələdə vətəndaşlarla görüş keçiriləcək

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

“AzərEnerji”nin ixrac gəlirləri 53 faizdən çox artıb

“Meksikalaşma” ifadəsi Meksika ilə Fransa arasında mübahisə doğurub

“QazTrade” şirkətinin baş direktoru: Qazaxıstan üçüncü ölkələrdən Azərbaycana tədarükün bir hissəsini əvəz edə bilər

“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri açıqlanıb

Taleh Kazımov: Doqquz ayda kartdan-karta köçürmələrin həcmi 48 milyard manat olub

SOCAR-ın idarəsi 251 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

“AzerGold”un ixrac gəlirləri 31 faiz artıb

Azərbaycanın multikultural modeli Moskva Yəhudi İcmasının diqqətində

Komitə sədri: Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil

Energetika Nazirliyi və SOCAR “Energy & AI” hakatonu təşkil edir

Fərid Hüseyn: Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ikicildlik nəşri çapa hazırlamışam

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

Fərid Osmanov: Texnopark rezidentləri üçün qeydiyyat prosesi sadələşdiriləcək

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Mərkəzi Bankın sədri: Nağdsız əməliyyatların həcmi 11,7 faiz artıb

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub

Gəncədə gələcəyin peşələri və əmək bazarının kadr tələbatı diqqət mərkəzindədir

Çoxfunksiyalı reagentlərə həsr olunmuş yeni monoqrafiya çapdan çıxıb

Neft qiymətlərinin cüzi azalması Yaxın Şərqdəki proseslərlə əlaqədardır

BMT qərarlarının icrasız qalması beynəlxalq sistemin əsas sınağıdır - ŞƏRH

Botanika İnstitutunda elmmetrik bazalar və müəllif metrikalarına dair seminar təşkil olunub

Emmanuel Makron yeni etiraz aksiyaları ərəfəsində müdafiə şurasını toplayıb

Dünya çempionatı: Azərbaycan millisi Mozambikə böyük hesabla qalib gəlib

İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub

İRİA-nın rəhbəri: Startaplar və texnopark rezidentləri 10 il müddətinə vergilərdən azad ediləcəklər

Şirvan Milli Parkı: Zəngin biomüxtəliflik və unikal ekosistem VİDEO

Şirvan Milli Parkı: Zəngin biomüxtəliflik və unikal ekosistem VİDEO

Fərid Osmanov: Startaplara dövlət satınalmalarında 20 faizlik qiymət güzəşti tətbiq ediləcək

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır -  REPORTAJ  VİDEO

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır - REPORTAJ VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,2 milyard dollar olub

“Wizz Air” Bakı-Bratislava birbaşa uçuşlarına başlayıb

® Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində genişspektrli tibbi xidmətlər göstərilir

Startaplar və texnopark rezidentləri gələn ildən bir sıra vergi güzəştlərindən yararlanacaqlar

Şamaxının ədəbi yaddaşı: Nəsiminin qardaşı Şahxəndanın türbəsi VİDEO

Şamaxının ədəbi yaddaşı: Nəsiminin qardaşı Şahxəndanın türbəsi VİDEO

Mərkəzi Bank ilin sonunadək 1 milyard dollaradək vəsait cəlb edə bilər

Vətən müharibəsinin xronikası: 29 oktyabr

Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir

Qeri Stivenson: Azərbaycanda dinlərarası dialoq və əməkdaşlıq çox qiymətli dəyərdir

“The Wall Street Journal”: Cey. Di. Vens İranın Ali Təhlükəsizlik Şurasının rəhbərinə məktub göndərib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Kənd təsərrüfatı işçilərinin peşə bayramı ADAU-da qeyd olunub VİDEO

Kənd təsərrüfatı işçilərinin peşə bayramı ADAU-da qeyd olunub VİDEO

İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb

Mərkəzi Bank: Neftin orta qiyməti bu il üçün 92,8 dollar, 2027-ci il üzrə isə 82,8 dollar nəzərdə tutulub

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək VİDEO

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək VİDEO

Taleh Kazımov: Gələn il ÜDM 2,3 faiz artacaq

BMT hesabatı: Azərbaycan sosial inklüziv transformasiya üzrə yüksək mövqedədir

Plutonun ətrafında fırlanan yeni cırtdan planet kəşf edilib